Günün ən gözlənilən anı: Ailə ətrafında iftar axşamı

45
(Yenilənib 19:09 06.05.2020)
Hal-hazırda dünyanın bütün müsəlmanları üçün günün ən gözlənilən anı tutulan orucun açılması vaxtı - iftardır. Qazaxlı ailələrin birində iftarın necə keçdiyini videomuzda izləyin.

Qazaxın Kosalar kəndində yaşayan İlqar Mustafayevin ailəsi üçün iftar süfrəsi çox özəl bir hadisədir. Onlar müxtəlif təamlar hazırlayır, masanı tərtib edir, axşam namazlarını qıldıqdan sonra isə bütün ailə ilə birgə oruclarını açmağa hazırlaşırlar.

Demək olar ki, ailənin hər bir üzvü günün on altı saatı ərzində oruc tutur – gün ərzində yemək və sudan imtina edir. Hər bir müsəlman üçün isə iftar xüsusilə özəl bir hadisədir – bu, həm də bu xüsusi anı ailə ilə bölüşdürmək imkanıdır.

Ramazan ayı nəfsi, iradəni, əxlaqı tərbiyədə mühüm rol oynayır. Eyni zamanda bu müqəddəs ay müsəlmanların birlik və həmrəylik ayı hesab edilir. Buna görə də hər axşam bütün ailə üzvlərini, bütün qonşu və dostları da dəvət etmək adətdəndir.

Bu il Azərbaycanda müqəddəs Ramazan ayı aprelin 25-də başlayıb. Bayram isə may ayının 24-də qeyd ediləcək. Allah orucunuzu qəbul etsin!

45

Uşaqlar virtual real məktəb arasında seçim edirlər SORĞU

82
Bu il hamımız, xüsusilə də uşaqlar üçün qeyri-adi başlandı. Balacalarımız isə hələ də virtual məktəb “masası” arxasındadırlar. Uşaqların hansı cür təhsilə daha çox üstünlük verdiklərini onların özündən öyrənmək qərarına gəldik.

Bu gün bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilir. Hər il bu gün üçün xüsusi şənliklər, aksiyalar, ekskursiyalar təşkil olunur. Bu il isə bir çox bayram olduğu kimi, bu gün də “koronavirus” bayrağı altında keçir.

Uşaqların bir çoxu isə hələ də təhsillərini davam etdirməyə məcburdur. Hər il olduğu kimi yayın ilk gününü onlar məktəbdə qaçışaraq, dostları ilə ünsiyyət quraraq deyil, evdə keçirməli olurlar. Hansı rejimi – evdən təhsil, yoxsa məktəbə getmək – seçdiklərini isə onların özündən soruşmaq qərarına gəldik.

Məktəbin ləğv edildiyini öyrənəndə bir çox uşaq sevincini gizlədə bilmirdi. Onlar sadəcə olaraq virtual məktəbin nə olduğunu hələ bilmirdilər. İndi isə özləri məktəb üçün darıxdıqlarını etiraf edirlər.

Düzdür, virtual məktəb tərəfdarları da az deyil. Bir çox şagird üçün bu həm də səhər daha gec oyanmaq, yollara vaxt itirməmək deməkdir.

Bəs uşaqlar daha çox nəyə gileylənirlər? Bunu isə onların öz dilindən eşidin.

82

“Sənsən eşqim, zəfərim” Xaricdə yaşayan azərbaycanlılardan video fleşmob

73
Bu gün Azərbaycan ən əziz günü – Respublika Gününü qeyd edir. Bu münasibətlə, xaricdə yaşayan azərbaycanlılar öz vətənlərinə sevgi etirafı ediblər. Daha ətraflı videomuzda izləyin.

Şərqdə ilk demokratik respublika düz 102 il bundan öncə məhz Azərbaycanda elan edilib. Bu gün, xaricdə və ya ölkədə yaşamaqlarından asılı olmayaraq, bütün azərbaycanlılara vətənlərinə qarşı sevgi və həmrəylik birləşdirir. Bu dəfə məhz xaricdə yaşayan azərbaycanlılar Sputnik Azərbaycan-ın fleşmobuna qoşulublar.

Onlar SSRİ xalq artisti Müslim Maqomayevin əfsanəvi “Azərbaycan” kompozisiyasını ifa ediblər və beləliklə öz vətənlərinə sevgi etirafı ediblər.

73
Koronavirus testi, arxiv şəkli

Virusa yoluxub sağalmısınızsa, çox sevinməyin - Hər şey daha kəskin şəkildə qayıda bilər

43
"Bu gün mövcud olan ştamma qarşı orqanizmdə müdafiə sistemi yaranıbsa, yeni ştamma qarşı heç bir müdafiə olmur və asanlıqla eyni xəstəliyə yenidən tutulma ehtimalı olur"  - Rəşad Ağarəhimov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 iyun — Sputnik. Bu gün bütün dünyada yayılan koronavirus pandemiyası yeni olduğundan onunla bağlı bir çox suallar hələ də açıq olaraq qalır: Bu virus əleyhinə hazırlanan vaksinlər yararlı olacaqmı? Hər qış mövsümündə virus geri dönüş edəcəkmi? Uzun müddət bu virusla vəziyyəti necə idarə edəcəyik?

© Official website of President of Azerbaijan Republic

Bu və digər bu kimi suallar arasında ən çox verilən və düşündürəni isə, virusa ikinci dəfə yoluxma riskinin olub-olmayacağı ilə bağlıdır. Araşdırmalar göstərir ki, çox nadir hallarda bu virusa ikinci dəfə yoluxma halı baş verir. Məsələn, bu ilin fevralında Yaponiyada bənzər hadisə baş vermişdi, qadın ikinci dəfə koronavirusa yoluxmuşdu.

Azərbaycana gəldikdə isə ölkəmizdə bu virusa təkrar yoluxma faktı qeydə alınmayıb. Bu barədə TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Bundan başqa, təkrar yoluma faktının qarşısını almaq üçün TƏBİB müalicə müddəti başa çatdıqdan sonra, əlavə 14 gün də bu şəxslərin evdən çıxmamasını tövsiyə edir.

Qobustan Rayon Mərkəzi Xəstəxanasının həkim-laborantı, Laboratoriya şöbəsinin müdiri Rəşad Ağarəhimov isə Sputnik Azərbaycan-a açıqlamasında ümumiyyətlə bu virusa təkrar yoluxma halının baş verə biləcəyi ehtimallarından danışıb: "Təkrar yoluxma halına bizdə rast gəlinməyib, amma Çində və bir neçə başqa ölkələrdə təkrar yoluxma hallarına rast gəlinib. Ümumiyyətlə virus elə bir canlıdır ki, demək olar ki, hər həftə genetik kodu yenilənir və yeni ştammlar əmələ gətirir. Bu gün mövcud olan ştamma qarşı orqanizmdə müdafiə sistemi yaranıbsa, yeni ştamma qarşı heç bir müdafiə olmur və asanlıqla eyni xəstəliyə yenidən tutulma ehtimalı olur. Necə ki, qrip virusu ilə ildə bir neçə dəfə xəstələnmək mümkündürsə, bu virusa da eyni yolla yoluxmaq mümkündür".

© Photo : Courtesy of Rashad Agaemirov
Qobustan Rayon Mərkəzi Xəstəxanasının həkim-laborantı, Laboratoriya şöbəsinin müdiri Rəşad Ağarəhimov

"O ki qaldı 14 gün məsələsinə, evə yazılan xəstələr ya həmin 14 günü xəstəxanada keçirməlidirlər, ya da biz onlara bir kağıza imza atdırıb razılıq alırıq ki, qalan 14 günü evdə özünütəcrid edərək oturacaq. Həmin müddətdə pasiyent evdən kənara çıxa bilməz və evdə də fərdi qoruyucu vasitələrdən istifadə etməlidir", - deyə həkim əlavə edib.

Tibb üzrə ekspert Adil Qeybulla isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, insanlar üzərində bununla bağlı qəti rəy olmasa da, meymunlar üzərində aparılan tədqiqatlara görə, koronavirusa yoluxanlar yenidən bu xəstəliyə yoluxmur: "Yəqin ki, insanlarda da bu cürdür. Bəzi şəxslərdə simptomlar olmasa da, xəstəlik özünü klinik vəziyyətdə göstərir. Bundan baaşqa, bu xəstəliyə immunitetin yaranması faktoru bəllidir. İmmunitet yaranır və şəxs ikinci dəfə bu xəstəliyə yoluxmur".

43