CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Faydalı karantin: Bir ayda qeyri-adi üsulla dil öyrənməyə müvəffəq olan poliqlot

Abunə olmaq
Ağa Mehdiyev hər kəs kimi son iki ayını karantində keçirib və evdən bayıra çıxmayıb. Amma digərlərindən fərqli olaraq, o bu müddət ərzində çox maraqlı üsulla alman dilini öyrənməyə müvəffəq olub.

Ağa Mehdiyev əmindir ki, bir ay ərzində ünsiyyət səviyyəsində hər hansı bir dilə yiyələnmək mümkündür və o, bunu öz misalında dəfələrlə sübut edib. Bundan öncə rus və ingilis dillərini öyrənən Ağa, karantin ərzində bütün diqqətini alman dilini öyrənməyə toplayıb.

Bapbalaca “qreçka”nın dam dolusu toyu və ya dilimizin çətinlikləri  - Sputnik Azərbaycan
VİDEO
Tərcümənin çətinlikləri və ya "qreçka" ingilisin başına Bakıda necə oyun açdı

“Ümumiyyətlə hər hansı bir dili öyrənərkən, özümüzü o dillə əhatə etməliyik, buna görə qarşıma hər hansı yeni bir söz çıxanda, onu divara qeyd edirəm ki, yadımdan çıxmasın”, - deyə qəhrəmanımız bizimlə bölüşüb.

Ağa hesab edir ki, insan öz potensialını dərk edərsə, onun nail ola bilməyəcəyi məqsəd yoxdur və bunu öz misalında dəfələrlə sübut edib. Bu artıq Ağanın ikinci divar kağızıdır, həmin üsulla o artıq rus və ingilis dillərini öyrənib. Bundan başqa, ondan öncə heç vaxt 30 km-dən artıq velosiped sürməyən bir insan olaraq ötən il 70 gün ərzində Estoniyanın Tallin şəhərindən İspaniyanın Valensiya şəhərinə qədər velosipedlə səyahət edib.

Artıq bir neçə dili müstəqil olaraq öyrənməyə müvəffəq olan Ağa hesab edir ki, hər hansı bir dil öyrənmək istəyən tərəddüd etməməli və bildiyi bir-iki sözü belə daima istifadə etməlidir.

“Gərək biz nəticəyə köklənmədən öz üzərimizə düşəni edək. Özümüzə inanmalıyıq və qarşımızda möhkəm hədəflər olmalıdır. Əgər bir-iki nəfərdə alınırsa, deməli digərləri də bunu edə bilərlər”, - gənc poliqlot deyib.

Əminik ki, bir çoxları qəhrəmanımıza həsəd aparır, amma onun da dediyi kimi, əgər bir nəfərdə alınırsa, nəyə görə digərlərində alınmasın?

Xəbər lenti
0