Təbiətə virtual səyahət Baharın ilk qədəmləri Sputnik Azərbaycan-ın obyektivində

548
Dilimizdə ancaq karantin və koronavirus varkən, az qalmışdı yetişən baharı görməzdən gələk. Baharın rəngarəngliyini bir də bizim gözümüzlə izləməyi təklif edirik.

Təcridə qapanmağımızın yeganə müsbət tərəfi özümüzə, ailəmizə, ünsiyyətə ayırmağa çatmayan vaxtımızın bizə geri qayıtması oldu. Bu ünsiyyətin ən vacibi isə təbiətlə olanıdır.

Dörd divarda qalmalı olanlar və təbiətə çıxa bilməyənləri isə Sputnik Azərbaycan baharın qədəmlərini qarşıladığımız bu vaxtda təbiətə virtual səyahət etməyə dəvət edir və sizə yurdumuzun şimal-qərb bölgəsinin gözəlliklərini təqdim edirik.

548

Həm insan sağaldır, həm dəmirçilik edir: Astaralı usta iki peşəni necə birləşdirir

611
(Yenilənib 13:32 18.09.2020)
Astara sakini uzun illər boyu həkim kimi işləyib, boş zamanlarında isə emalatxanasında dəmirçi kimi metalı istədiyi formalara salır. Onun buna necə nail olduğunu isə videomuzda izləyin.

Astara rayonu ucqar Sım kəndinin 74 yaşlı sakini Talıb Salayev uzun illər həkim işləməklə yanaşı, dəmirçiliklə məşğul olaraq da insanlara yardım edib. Salayev bölgədə tanınmış dəmirçilərdən sayılır və bu xüsusi qüvvət və bacarıq tələb edən əsl kişi işi ilə uşaqlıqdan məşğul olur.

Ailədə peşə nəsildən-nəslə ötürülür. Öz istedadı hesabına həkimliyə yiyələnən Salayev ata-babasının dəmirçilik sənətini də yaşatmağa çalışıb. Oğulları ilə birgə o, naldan tutmuş orağa qədər kənd təsərrüfatında istifadə edilə bilən hər cür alət hazırlayır.

Altı qardaş arasında atasının işini yalnız Talıb Salayev davam etdirib. Onun qardaşları peşəni bacarsalar da, özləri üçün digər sənət seçərək müəllim kimi fəaliyyət göstəriblər. Bu gün isə Salayevin iki oğlu ailə işini davam etdirir, hətta nəvələri belə yavaş-yavaş işin incəliklərinə yiyələnirlər.

611
Teqlər:
peşə, həkim, dəmirçi, Astara

Düşmən astanada: Pentaqon rəsmiləri üçün amerikalıları böyük müharibə ilə qorxudur?

300
(Yenilənib 16:35 17.09.2020)
ABŞ HHQ ştab başçısı Çarlz Braun elə ilk hesabatında bəyan edib ki, amerikalılar böyük müharibəyə hazırlaşmalıdır. Hətta bu döyüşlər onların ərazisində baş verə bilər.

Rəsmilərin fikrincə, ABŞ özünə bərabər güclü dövlətlə qarşı-qarşıya gələ, münaqişənin özü isə itkilərə görə İkinci Dünya müharibəsindən belə irimiqyaslı ola bilər. Ənənəvi olaraq mümkün rəqib rolunu Braun Rusiya və Çinə həvalə edib və bu iki ölkənin hərbi potensialının durmaq bilməyən inkişafından bəhs edib. Təəccüblüsü isə odur ki, riskləri minimuma endirmək üçün general növbəti dəfə müdafiə sahəsinin maliyyələşməsinin artırılmasını təklif edir. Onun büdcəsi onsuz da misilsiz miqyaslardadır.

300
Restoran, arxiv şəkli

Bu yerlərdə karantin şərtləri kobud şəkildə pozuldu

0
(Yenilənib 12:14 19.09.2020)
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

BAKI, 19 sentyabr — Sputnik. İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir. Bu barədə Sputnik Azərbaycan-a nazirlikdən məlumat daxil olub.

Məlumatda həmçinin deyilir ki, son monitorinq zamanı Bakının Binəqədi rayonunda "Bəyaz gecələr kafesi"ndə, "Lider RA" MMC-yə məxsus "Selofan paket istehsalı obyekti"ndə, Rövşən Rzayevə, Miriş Miriyevə məxsus mağazalarda, Xəzər rayonunda "Qastronom market"də, "Həsən şirniyyat evi"ndə, "Qlobus dəftərxana", "Atlas hovuz inşaat" mağazalarında, Sabunçu rayonunda "İstanbul lahmacun"da, İradə Bədəlovaya məxsus şirniyyat mağazasında, Suraxanı rayonunda "Günəşli kafe"də, Rəhman Qurbanova məxsus kafedə, Yasamal rayonunda "Şah market"də, "Buzov dönər"də, "Nanə restoran"da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Bundan başqa, paytaxtın Qaradağ rayonunda "Qardaşlar kafe"də, Eldar Heydərova, Gülsüm Nəbiyevaya məxsus ərzaq mağazalarında, Nərimanov rayonunda "Yaz geyim", "Armada elektrik" mağazalarında, "Gilyançay", "Pivbar", "Şah ət" iaşə obyektlərində, Nizami rayonunda "Rahat market"də, "Sirab market"də, "İstanbul lahmacun restoran"da, Xətai rayonunda Südabə Zamanovaya, Toğrul Səlimzadəyə, İlyas Quliyevə, Mahir Abbaslıya məxsus pərakəndə ticarət obyektlərində, Səbail rayonunda "Firuzə qızıl mağazası"nda, "Hit woman" mağazasında, "Sunset kafe"də, "Palma kafe"də, "Coffee station" iaşə obyektində, "Meh kafe"də, "Dəli Kür kafesi"ndə, "Uğur kafesi"ndə, "Dəniz restoranı"nda, Nəsimi rayonunda "Kafe Praqa"da, "Saraclı kafe"də, Sumqayıt şəhərində "Zirvə restoranı"nda, "Gəmiqaya restoranı"nda, "Tamet istehsalı sexi"ndə, Abşeron rayonunda "Babək kafesi"ndə, "A klub restoranı"nda, ümumilikdə, 128 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu üzə çıxıb.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

0