CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda küçələr necə yuyulur – VİDEO

Abunə olmaq
“COVID-19” virusunun yayılmasının qarşısını almaq üçün dövlət dezinfeksiya tədbirlərini hər gün daha da gücləndirilir. Bakı küçələrinin necə yuyulduğunu videomuzda izləyin.

Bakıda dezinfeksiya və qabaqlayıcı tədbirlər gücləndirilib. Artıq paytaxt küçələrində gündə iki dəfə xüsusi kommunal maşınları görmək olar. Onlar hər gün iki dəfə olmaqla saat 06:00-08:00 və 21:00-23:00 arası küçələri yuyurlar.

Bundan başqa, gün ərzində yaşayış evlərinin həyətlərində, blok və liftlərində dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Xəbər lenti
0