Görün bizə içirirlər: Mütəxəssis təhlükəli içkilərdən ehtiyat etməyə çağırdı

150
(Yenilənib 17:41 28.03.2020)
Bəzən alış-veriş edərkən, aldığımız məhsulları tərkibinə fikir vermədən səbətə atırıq, avtomatik alırıq. Belə edənlərdən biri də sizsinizsə, yaxın əyləşin, videomuzu izləyin.

Azad İstehlakçılar Birliyi hər gün yüzlərlə müraciətlə işləyir. İstehlakçılar qarşılaşdığı keyfiyyətsiz malları Birliyə göndərir, onlar isə bunları tədqiq edir və cəmiyyəti agah edirlər.

Bu dəfə Sputnik Azərbaycan-ın qonağı olmuş Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hal-hazırda bazarda olan təhlükəli içkilərdən danışıb. İş ondadır ki, bunlardan bəzilərini uşaqlarımıza da veririk.

Bəzilərinin tərkibində potensial olaraq təhlükəli komponentlər olduğu halda, bəzilərinin içində naməlum zərlər və hətta milçək aşkarlanıb.

Ortaya çıxan nəticə isə birdir. Alış-veriş edərkən olduqca ehtiyatlı olmalı, malların tərkibini diqqətlə oxumalı, onların yararlılıq müddətinə fikir verməliyik.

150

“Deyilməyənləri dediyinizə görə təşəkkür” Millət vəkilindən səmimi təbrik

114
(Yenilənib 17:51 25.05.2020)
Bu gün Sputnik Azərbaycan informasiya agentliyi və radiosunun beş yaşı tamam olur. Azərbaycan Milli Məclisinin deputatı bu münasibətlə agentliyi təbrik edib. Daha ətraflı videomuzda.

Milli Məclisin deputatı, parlamentin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli Sputnik Azərbaycan-ı beş illik yubileyi münasibətilə təbrik edib. O, agentliyin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını qeyd edib.

“Şüarınızda qeyd etdiyiniz kimi, deyilməyənləri dediyinizə görə sizə minnətdarlığımızı bildiririk. Sizə uğurlar və çoxrəqəmli ad günlərinizi qeyd etmənizi arzulayıram”, - deyə millət vəkili Sputnik Azərbaycan-ın əlamətdar gününə şərik olub.

Sputnik Azərbaycan informasiya agentliyi və radiosunun internet portalı Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Ən aktual beynəlxalq və yerli mövzular üzrə bütün fikir müxtəlifliyini göstərməyi qarşısına məqsəd qoyan resurs sputnik.az və ru.sputnik.az internet ünvanlarında fəaliyyətdədir. Portalda oxuculara ən müxtəlif formatlarda materiallar təqdim edilir: məqalə, infoqrafika, video və fotoreportaj, onlayn sorğu.

Sputnik insanları doğru məlumatla təmin edir: Millət vəkilindən təbrik>>

Sputnik – dünyanın 90-dan çox şəhərində 33 dildə multimedia internet saytlarını, analoq və rəqəmsal radioyayımlarını özündə birləşdirən ən iri beynəlxalq KİV-lərdən biridir. Sputnik xəbər lentləri sutka ərzində ingilis, ərəb, ispan, çin və fars dillərində bütün dünya üzrlə aparıcı mediaları məlumatla təmin edir. Sputnik informasiya resurslarının auditoriyası ayda 80 milyondan çoxdur, Sputnik sosial şəbəkələrində isə ümumi abunəçilərin sayı 20 milyonu keçir. Bişkekdən Kişinyova, Pekindən Montevideoya qədər bütün dünya üzrə 24 redaksiya mərkəzlərində onlarla müxtəlif milliyyəti təmsil edən minlərlə insan çalışır. Sputnik “Rossiya Segodnya” media qrupuna daxildir.

114

Əlli illiyinizi gözləyirik: yaradıcı ziyalılar Sputnik Azərbaycan-ı təbrik edirlər

42
Düz beş il bundan öncə Sputnik agentliyi Azərbaycanda informasiya portalının açılışını elan etdi. Bu münasibətlə Azərbaycanın yaradıcı ziyalıları bizi təbrik edib.

Sputnik Azərbaycan multimedia agentliyi ilk yubileyini – nə az, nə çox, düz beş yaşını qeyd edir. 2015-ci ilin may ayından öz işinə başlayan agentlik bu müddət ərzində Azərbaycanın öncül informasiya agentliklərindən birinə çevrilməyə müvəffəq olub və ilk gündən öz oxucularına keyfiyyətli materiallar təqdim etməyə çalışıb.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və əməkdar artist Eyyub Quliyevlə Azərbaycanın əməkdar artisti, aktyor Elnur Kərimov bizə öz video təbriklərini göndərib, agentliyə uğurlar və çiçəklənmə arzulayıb.

“Bu illər ərzində çox tədbirlər olub və siz həmişə yanımızda olmuşunuz. Biz həmişə diqqətinizi və dəstəyinizi hiss edirik. Buna görə sizə böyük minnətdarlığımı bildirmək istəyirəm və arzu edirəm ki, bu rəqəmə daha bir rəqəm əlavə edəsiniz” – deyə Eyyub Quliyev bildirib.

Öz növbəsində, əməkdar artist Elnur Kərimov sputnik.az-a yeni zirvələr və uğurlar arzulayıb.

“Xüsusilə gənclərə olan qayğınıza, diqqətinizə görə sizə minnətdaram. Nə yaxşı ki, mən də Sputnik.az ailəsinin qonağı olmuşam,” – deyə Elnur Kərimov agentliyi təbrik edib.

Sputnik Azərbaycan informasiya agentliyi və radiosunun internet portalı Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Ən aktual beynəlxalq və yerlı mövzular üzrə bütün fikir müxtəlifliyini göstərməyi qarşısına məqsəd qoyan resurs sputnik.az və ru.sputnik.az internet ünvanlarında fəaliyyətdədir. Portalda oxuculara ən müxtəlif formatlarda materiallar təqdim edilir: məqalə, infoqrafika, video və fotoreportaj, onlayn sorğu.

Sputnik – dünyanın 90-dan çox şəhərində 33 dildə multimedia internet saytlarını, analoq və rəqəmsal radioyayımlarını özündə birləşdirən dünyanın ən iri beynəlxalq KİV-lərindən biridir. Sputnik xəbər lentləri sutka ərzində ingilis, ərəb, ispan, çin və fars dillərində bütün dünya üzrlə aparıcı mediaları məlumatla təmin edir. Sputnik informasiya resurslarının auditoriyası ayda 80 milyondan çoxdur, Sputnik sosial şəbəkələrində isə ümumi abunəçilərin sayı 20 milyonu keçir. Bişkekdən Kişinyova qədər, Pekindən Montevideoya qədər bütün dünya üzrə 24 redaksiya mərkəzlərində onlarla müxtəlif milliyyəti təmsil edən minlərlə insan çalışır. Sputnik “Rossiya Segodnya” media qrupuna daxildir.

42

Səhəri dəhşətli qəza xəbəri ilə açdıq: 5 ölü

0
(Yenilənib 09:40 26.05.2020)
Müşfiqabad qəsəbəsi ərasində iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

BAKI, 26 may – Sputnik. Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hadisə Müşfiqabad qəsəbəsi ərasində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

0