Lerikli təqaüdçü müəllim biologiya otağını əsl arxeologiya muzeyinə çevirib

65
(Yenilənib 15:25 25.03.2020)
Lerikin ucqar Blaband kənd orta məktəbinin 79 yaşlı təqaüdçü biologiya müəlliminin ən böyük sevgisi tarixdir. O, rayonuna aid qədim əşyalar toplamaqla məşğuldur.

Əliheydər Əliyev məktəbin biologiya otağını əsl arxeoloji muzeyə çevirə bilib. Artıq 300-ə yaxın eksponat toplamağa qadir olmuş tarix həvəskarının marağı ilk tapıntısını etdikdən sonra daha da artıb.

“Məndə 2 minə yaxın müxtəlif növ heyvanların, həlqəvi qurdların, həşəratların izi olan daş var. Onların hərəsi bir tarixdir. Bu, fakt olaraq qalır”, - deyə təqaüdçü müəllim bizimlə bölüşüb.

Bu işdə artıq kəndin bütün cavanları ona kömək edirlər. Əliheydər kişi özü şəxsən 43 mağarada olub və tədqiqat işləri aparıb. İndi isə onun ən böyük arzusu kolleksiyası üçün ayrıca bina əldə etməkdir. Daha ətraflı videomuzda izləyin.

65

Vətən uğrunda şəhid olmuş baş əsgər son mənzilə yola salınıb video

18
(Yenilənib 17:20 13.07.2020)
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət gərgin olaraq qalır. Ordumuz dörd şəhid verib və onlar Azərbaycan bayrağı altında doğulduğu rayonlarda dəfn ediliblər.

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu, baş əsgər 1996-cı il təvəllüdlü Elşad Dönməz oğlu Məmmədov dəfn olunub. Şəhidin cənazəsi doğulduğu Tovuzun Ağdam kəndində torpağa tapşırılıb. Milli Ordumuzun şəhidi ailəli olub, 6 aylıq oğlu var.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olublar, əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu və baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olublar.

Azərbaycan Ordusu düşmənin dayaq məntəqəsinə zərbə endirib – döyüş xəttindən video>>

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

18

Azərbaycan Ordusu düşmənin dayaq məntəqəsinə zərbə endirib döyüş xəttindən video

74
Azərbaycan Ordusunun bölmələri düşmənin dayaq məntəqəsinə zərbə endirib. Bunun necə baş verdiyini videoda izləyin.

İyulun 13-nə keçən gecə ərzində artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi  məhv edilib.
Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.

Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

74
Atışma, arxiv şəkli

Müdafiə Nazirliyi: Ermənistan KİV-i dezinformasiya yayır

0
(Yenilənib 18:38 13.07.2020)
Erməni tərəfinin yaydığı fotonun üzərində onun 2018-ci ilin 12 dekabr tarixində çəkildiyi qeyd olunub

BAKI, 13 iyul – Sputnik. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistan kütləvi informasiya vasitələrində (KİV) düşmən ölkənin hərbi bölmələrinin guya Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirtməsi barədə yayılan məlumata münasibət bildirib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, V.Dərgahlı deyib ki, yayılan məlumatlar yanlışdır və ictimai fikri çaşdırmaq məqsədi daşıyır: "Dezinformasiya ilə birlikdə yayılan fotonun üzərində onun 2018-ci ilin 12 dekabr tarixində çəkildiyi qeyd olunub. Təkcə bu fakt məlumatın yanlış olduğunu sübut edir. Bir daha xalqımızdan, o cümlədən kütləvi informasiya vasitələrindən və sosial şəbəkə istifadəçilərindən ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmələrini xahiş edirik".

0