Karantində nələr baş verir? - "İçəri"dən hər bir azərbaycanlıya müraciət

7430
(Yenilənib 15:40 23.03.2020)
Bir çoxumuz elə “karantin” sözünü eşidəndə vahiməyə düşürük. Biz əsl karantində olan insanla ünsiyyətdə olmuruq, buna görə də Sputnik Azərbaycan hal-hazırda 8-ci gündür bu vəziyyətdə olan vətəndaşımızın müraciətini sizə təqdim edir.

Tural Ağayev Gürcüstanla sərhədi keçdikdən sonra artıq 8-ci gündür Ağciyər Xəstəlikləri İnstitutunda karantində saxlanılır. Onun sözlərinə görə, artıq iki dəfə keçirilən analizlərdən sonra onun COVID-19 virusuna yoluxmadığı aşkar edilib və o, artıq 6 gündən sonra öz ailəsinə və doğmalarına qovuşacaq.

Onun sözlərinə görə, xəstəxanada çalışan tibb işçiləri karantində saxlanılan şəxslərin rahatlığı üçün əlindən gələni əsirgəmir və o, buradakı bütün tibb personalına ayrıca təşəkkürünü bildirib.

Tural bəy öz videosunda hər birimizə müraciət edib və bir daha qoyulan məhdudiyyətlərə əməl etməyimizi xahiş edib.

Qeyd edək ki, hal-hazırda Azərbaycanda 54 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Bu günə qədər 11 nəfər sağalıb.

7430
Əlaqədar
İşçi Qrup koronavirusa görə xəbərdarlıq etdi
Gürcüstanın azərbaycanlılar yaşayan iki rayonuna hərbi texnika yeridildi - VİDEO
Sosial izolyasiya şəraitində - Bakı küçələrindən reportaj
Cəlal İsayevdən koronavirusa görə depressiyaya düşənlərə mesaj
“Mall”ar və iri ticarət mərkəzləri bağlanır - Qərar verildi!

Ermənistan ordusunun dinc əhalimizi atəşə tutan bölmələri darmadağın edilir - VİDEO

75
(Yenilənib 20:58 29.10.2020)
Azərbaycan silahlı qüvvələri Ermənistan ordusunun mülki əhalini atəşə tutan birləşmələrinə zərbə endirməkdə davam edir.

Mülki infrastruktur və dinc əhalimizi atəşə tutan düşmən bölmələri Azərbaycan Ordusunun bölmələri tərəfindən darmadağın edilir. Bu barədə videogörüntüləri Müdafiə Nazirliyi paylaşıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

75
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
(0:27 / 2.55Mb / просмотров видео: 61)

Raket zərbəsinin qurbanları: Bərdə övladlarını son mənzilə yola salır

75
(Yenilənib 18:01 29.10.2020)
İki gün dalbadal raket atəşinə tutulan Bərdədə həlak olmuş dinc sakinlərin dəfn mərasimi keçirilib. Ətraflı – videomuzda.

Sputnik Azərbaycan-ın bölgə müxbiri Bərdə şəhərinin raket atəşinə tutulması zamanı həlak olmuş sakini Allahverdiyev Əsgər Mahir oğlunun dəfn mərasimində olub. Əsgərin 37 yaşı vardı.

Mərmi sanki yağış kimi yağdı… - Bərdə faciəsi xəsarət alanın dilindən - VİDEO >>

2020-ci il oktyabrın 28-də Ermənistan silahlı qüvvələri saat 13 radələrində əhalinin sıx yaşadığı Bərdə şəhərinin mülki obyektləri və infrastrukturuna raket zərbələri endirib. Nəticədə 21 dinc sakin həlak olub, təxminən 70 nəfər yaralanıb. Mülki obyektlərə və nəqliyyat vasitələrinə zərər dəyib. Bütün həlak olanlar və xəsarət alanlar dinc sakinlərdir.

Dərhal evə qaçdım, amma artıq gec idi - Erməni hücumu nəticəsində həlak olan Aysunun atası >>

Xatırladaq ki, oktyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Bərdənin Qarayusifli kəndini artilleriya atəşinə tutması nəticəsində beş dinc sakin, o cümlədən yeddi yaşlı qız həlak olmuş, daha 13 nəfər yaralanmışdı.

75
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

0
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

0