CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üzü maskalı Novruz: şənlik yerinə sosial təcrid

Abunə olmaq
Azərbaycanda koronavirusla mübarizə naminə sosial təcrid rejimi qüvvəyə minib. Bir çox kütləvi tədbirlər ləğv edilib. Bu şəraitdə Novruz bayramı ərəfəsində şəhərin necə göründüyünü videomuzda izləyin.

Adətən ilin bu vaxtı şəhərdə o qədər insan olur ki, əllərindən tərpənmək mümkün olmur. Novruz süfrəsi üçün alış-veriş edən kim, uşaqları ilə şəhərdə gəzişən kim, ya da

sadəcə şəhərdəki bayram bəzəklərinə tamaşa etməyə gələnlər kim.

Amma bu il gözümüzün önündəki peyzaj tamamilə müxtəlif boyalarla çəkilib. Şəhər tənha görünür. Bu da tamamilə məntiqəuyğundur. Belə ki, sosial təcrid vəziyyətində yaşamaqla insanlar həm özlərini, həm də bu virusa qarşı olduqca həssas olan təbəqələri qorumuş olurlar.

Amma bütün bu ruh solğunluğuna baxmayaraq, baharın gəlişi özünü büruzə verməyə başlayıb. Biz ümid edirik ki, onun gəlişi bizə yeni ümid və həyat bəxş etsin. Bu il biz Novruz bayramını əvvəllər olduğu kimi yalnız ən yaxın ailə üzvlərimizin ətrafında keçirəcəyik. Onun da ayrı ləzzəti var.

Bayramınız mübarək!

Xəbər lenti
0