“Onsuz bir gün belə qala bilmirəm” O hər gün həyat yoldaşının məzarını ziyarət edir

62
(Yenilənib 13:14 16.03.2020)
Bu dəfəki süjetimizin qəhrəmanı bu günə qədər rəhmətə getmiş həyat yoldaşını sevir və onun xatirəsini uca tutur. Bu təsirli sevgi hekayəsini videomuzda izləyin

Ağstafa rayon Poylu kənd sakini Yaqub Dəmirovu XXI əsrin məcnunu adlandırmaq olar. O, böyük məhəbbətlə sevdiyi həyat yoldaşının vəfatından sonra demək olar ki, hər gün onun məzarını ziyarət edir.

81 yaşlı Ağstafa sakini hətta gecələr belə bu ziyarətdən qalmır.

“Onsuz dura bilmirəm. Heç cür alışa bilmirəm. Hər yerdə onu görürəm. O, çox mehriban, qonaqpərvər insan olub”, -  deyə Dəmirov bizimlə bölüşüb.

Dəmirovun mərhum həyat yoldaşı Natalya Fyodorovna milliyyətcə rus olub. Evli olduqları 50 il ərzində bircə dəfə də olsun ərinin sözünü yerə salmayıb. Həmişə mehriban və qonaqpərvər olub. Yaqub Dəmirov bu günə qədər köhnə şəkillərlə dolu albomlara baxır və dəfn olunacağı yeri həyat yoldaşının məzarının yanında saxlayır.

62