Koronavirus Novruz süfrəsinə necə təsir edəcək: Mütəxəssis şərhi

29
(Yenilənib 19:08 12.03.2020)
Hər il bayramqabağı qiymətlərin cüzi də olsa qaldırılması bizim üçün adi hal alıb. Bu il isə qiymətləri formalaşdıran faktorlara koronavirus pandemiyası da əlavə edilib. Virusun ərzaq mallarına olan təsirini mütəxəssis şərh edir.

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycan İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov koronavirusla bağlı yaranan defisiti şərh edib. Onun fikrincə, bu il 5 nəfərdən ibarət ailə üçün Novruz süfrəsi 150 manata başa gələcək.

“Biz bilirik ki, Azərbaycanda bir daha qaldırılan qiymət bir daha düşmür. Bu il virusla bağlı olaraq ixrac edilən mallarda defisit yarana bilər. Bu defisitə görə böyük qiymət artımı gözlənilir”, - deyə Cənab Hüseynov bildirib.

Qeyd edək ki, koronavirus təhlükəsi ilə bağlı olaraq bütün ölkədə kütləvi Novruz şənlikləri ləğv edilib. Mütəxəssisin daha ətraflı şərhini isə videomuzda izləyin.

29
(0:44 / 5.29Mb / просмотров видео: 32)

Bərdədə baş verir: Raket atəşinə məruz qalan yerdən kadrlar

31
Sputnik Azərbaycanın bölgə müxbiri kasetli bombaların partladığı Bərdə şəhərindən son görüntüləri lentə alıb. Videodan izləyin.

Azərbaycan Baş Prokurorluğunun son hesabatına görə, Bərdə şəhərinə raket zərbələri nəticəsində 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb.

Ali Baş Komandan söz verdi: "Qisas yerdə qalmayacaq" >>

Oktyabrın 28-də, gündüz saat 13.00 radələrində Ermənistan silahlı qüvvələri beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombadan istifadə etməklə, Bərdə şəhərinin sıx məskunlaşdığı mərkəzi hissəsini atəşə tutub. Nəticədə şəhərin mülki infrastrukturuna və nəqliyyat vasitələrinə xeyli ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirlərini görür və zərərçəkənlərin siyahısı dəqiqləşdirilir.

31
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
(1:17 / 8.60Mb / просмотров видео: 102)

Həkim Bərdə xəstəxanasındakı yaralıların vəziyyəti barədə məlumat verib video

101
Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkimi ermənilərin kasetli raket hücumu nəticəsində xəsarət alan mülki şəxslərin vəziyyəti barədə danışıb. Daha ətraflı – video materialda.

Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini kasetli raketlərdən atəşə tutması nəticəsində biri azyaşlı olmaqla, dörd nəfər həlak olub, Qarayusifli kəndinin 2 sakini yaralanıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkimi Zaur Əliyev Sputnik Azərbaycan-ın bölgə müxbirinə əməliyyat olunan yaralıların vəziyyəti barədə məlumat verib.

Qeyd edək ki, partlayış nəticəsində həlak olan yeddi yaşlı Aysu İsgəndərovanın 3 yaşlı bacısı Tahirə İsgəndərova da xəsarət alıb.

Dağlıq Qarabağdakı növbəti, sayca üçüncü atəşkəs rejimi barədə razılaşma oktyabrın 26-da yerli vaxtla səhər saat 08: 00-da qüvvəyə minib. Lakin Ermənistan silahlı qüvvələri razılaşma əldə olunandan dərhal sonra Tərtər və Ağdamın cəbhəyanı kəndlərini, oktyabrın 27-də isə Bərdə rayonunu atəşə məruz qoyub.

Ermənistan silahlı qüvvələri, sentyabrın 27-də, səhər saat 06:00 radələrində geniş miqyaslı təxribatlar həyata keçirərək Azərbaycan ordusunun bütün cəbhə xətti boyunca mövqelərini və cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrini iri çaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv şəkildə atəşə tutublar.

Atəşkəs Tərtərə dinclik gətirmədi: Rayon dağıntılar içində qalıb – VİDEO >>

Ermənistan silahlı qüvvələrinin döyüş fəaliyyətininin qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan ordusunun komandanlığı bütün cəbhə boyu qoşunların əks-hücum əməliyyatına başlamağa qərar verib.

101
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti daha bir ay dayandırıldı

0
(Yenilənib 18:23 28.10.2020)
Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişikliklərə əsasən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

BAKI, 28 oktyabr - Sputnik. Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, bu il oktyabrın 19-dan 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmışdı.

Azərbaycanın bir sıra şəhər və rayonlarında ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət də noyabr ayının 28-dək uzadılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan daxil olan məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarda aşağıda qeyd olunan tarixlərdə həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır:

31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək;

7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək;

14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək;

21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək;

28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək.

Həmçinin 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.

0