Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Misgərlər diyarında yaşadılan tarix - "Ömər Xəyyam"ı heç kimə satmaram

Abunə olmaq
Lahıc sakini Gültəkin Məmmədovanın evi muzeyi xatırladır. O, evində qədimi əşyalar toplayır. Bunun necə göründüyünü isə videomaterialımızdan izləyin.

Artıq 26 ildir müəllim olan Gültəkin Məmmədovanın ən böyük arzularından biri yaşadığı Lahıc qəsəbəsini daha da tanıtmaq, onun ustalar diyarı kimi tarixini qoruyub-saxlamaqdır. Bunun üçün də o, öz evində qədimi əşyalar muzeyi yaradıb.

"Muzeydəki ən qədim əşya 18-ci əsrə aiddir. Buradakı eksponatların içərisində Lahıcın ən böyük misgərlərindən olan Usta Həmrinin 19-cu əsrin əvvəllərində hazırladığı əşyalar var", - deyə muzey sahibi danışır.

Həyat yoldaşı bütün işlərində Məmmədovanı dəstəkləyir və ona kömək olur. Onlar bütün Azərbaycan üzrə dəyərli artefaktlar axtarırlar. Məsələn, bu cür dəyərli əşyalardan biri də ipək saplardan toxunmuş “Ömər Xəyyam” xalçasıdır.

Muzey sahibindən dəfələrlə bu xalçanı satın almaq istəyiblər, amma o, həmişə bu təklifləri rədd edib. Onun məqsədi bu eksponatları qorumaq və gələcək nəsillərə ötürməkdir.

Xəbər lenti
0