Müzakirədə Fikrət Sadıqov, Məhəmməd Əsədullazadə və Nəzakət Məmmədova kimi Azərbaycanın tanınmış politoloqları iştirak ediblər. Ekspertlər Konfransda müzakirə edilən məsələlərin Azərbaycan üçün nəticələrini açıqlayıb. Fikrət Sadıqov isə dövlət başçısı İlham Əliyevin konfrans çərçivəsində Nikol Paşinyana cavabını şərh edib. Ekspertlərin ətraflı rəylərini videomuzda izləyin.
Videodakı kadrlardan da göründüyü kimi yaradılmış infrastruktur hərbçilərə özlərini evlərindəki kimi hiss etməyə imkan verir. Hər belə obyekt avtonom olmaqla yanaşı, istənilən təbii şərait üçün uyğundur.
Modul tipli şəhərcik fasiləsiz elektrik, su və istilik təchizatı ilə təmin olunub. Hərbi şəhərciklərin ərazisində idman zalı, hamam, yeməkxana, istirahət otağı və tibb məntəqəsi də var. Yaşayış hissəsi bütün lazımi mebel və məişət texnikası ilə təchiz edilib.
Yaxın gələcəkdə daha beş belə obyektin inşası planlaşdırılır ki, orada da təxminən 540 hərbçinin yerləşdirilməsi nəzərdə tutulur.
BAKI, 16 yanvar - Sputnik. Füzuli rayonunun Mirzəcamallı kəndindən videogörüntülər yayılıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir.
Yaşayış məntəqəsi Qarabağ xanları nəslindən olan vəzir və tarixçi Mirzə Camal Cavanşirə (təqr. 1773-1853) məxsus ailələrin məskunlaşması nəticəsində yaranıb və onun adı ilə adlanıb. XVIII əsrdə Türkman, XIX əsrdə Tərəkəmə adlanıb. 1842-ci ildən bəri Mirzə Camal bəy Məhəmmədxan bəy оğlu Hacılı-Cavanşirin adıyla bağlıdır. Kənd Köndələnçayın sahilində, dağətəyi ərazidədir.
Xatırladaq ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.
Düşmən tərəfindən yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüblər.
Azərbaycan Ordusu əks-hücum əməliyyatı başlayandan sonra 44 gün ərzində Qarabağımız düşmən tapdağından azad olunub. Füzuli şəhəri oktyabrın 17-də, bütövlükdə rayon isə noyabrın 7-dək erməni işğalçılarından təmizlənib.
BAKI, 16 yanvar - Sputnik. Transsərhəd səfərləri zamanı insanlardan COVID-19 əleyhinə peyvənd olunduqlarına dair sertifikat tələb olunması məsləhət deyil.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Vəziyyət üzrə Komitəsinin bu gün keçirilən videokonfransında deyilib. Qeyd olunub ki, bir çox ölkələrdə vaksin əlçatan deyil və ümumiyyətlə, hələlik peyvəndlərin xüsusiyyətləri öyrənilmə mərhələsindədir.
Komitə üzvləri qeyd ediblər ki, pandemiya əvvəlki kimi təhlükəli olmaqda davam edir. Bir çox ölkələrdə SARS-CoV-2 virusunun yeni ştammları aşkar olunduğundan Komitə üzv ölkələrə laborator müayinələrini artırmağı və gücləndirməyi tövsiyə edib.