Həm əyləncə, həm xeyriyyə: Sevgililər Günündən öncə əl işləri yarmarkası

96
(Yenilənib 16:07 11.02.2020)
Sevgililər Günü ərəfəsində qeyri-adi əl işləri sərgisi keçirilib. Onun qeyri-adi olmasının səbəbi isə buraya qatılan ustaların 24-nün müxtəlif əlillik dərəcəsinin olmasıdır. Daha ətraflı videomuzda izləyin.

“Passage 1901” kafesində “Siti İvents” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgi əsl bayrama çevrilib. Burada bir çox usta öz əl işlərini sərgiləmək və satmaq imkanı qazanıb.

Sərgi təşkilatçısı Nicat Məmmədovun sözlərinə görə, başqa sərgilərdən fərqi onun inklüziv olmasıdır. Bir çox usta üçün bu cür sərgilər öz əsərlərini satmaq üçün yeganə platformadır.

İştirakçılar üçün rəngarəng konsert proqramı və xüsusi hədiyyələr hazırlanıb. Biz isə bu cür inklüziv tədbirlərin daha çox olmasını arzulayırıq.

96