"Özüm tərifləməsəm, heç kim tərifləyən deyil" Tramp öz nailiyyətləri haqqında

18
(Yenilənib 18:57 06.02.2020)
ABŞ Prezidenti Donald Tramp Konqres qarşısında ənənəvi illik “Ölkədə işlərin vəziyyəti” haqqında nitqi ilə çıxış edib. Ağ Evin başçısı prezident kreslosunda keçirdiyi üç il ərzində fəaliyyətinin nəticələrini bütün xırdalıqları ilə açıqlayıb.

Nitqinin əsas hissəsini Tramp iqtisadi nailiyyətlərə həsr edib. Xarici siyasət də xüsusi diqqətə layiq görülüb. Onun çıxışı zamanı müəyyən çaşbaşlıq da yaranıb – amerikalı lider ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosiyə görüşmək üçün əl uzatmayıb. Pelosi isə cavab olaraq Trampın nitqinin mətnini nümayişkaranə surətdə cırıb.

18

“Azərbaycan toylarının yerini heç vermir” Amerikalı sahibkar ölkəmiz haqqında

70
(Yenilənib 12:46 27.05.2020)
3 il yarım öncə Frimen ailəsi ABŞ-dan Azərbaycana köçməklə, Bakını öz ikinci evi etdilər. Amerikalı sahibkar Brent Frimenin Azərbaycan haqqında təəssüratlarını videomuzda izləyin.

Bu müddət ərzində Frimen ailəsi ölkəmizin maraqlı ənənələrini öyrənir, ölkəmizi qarış-qarış gəzir və buradakı həyatlarını dolu-dolu yaşamağa çalışır. Ailə başçısı Brent Frimen hətta öz ailə biznesini belə Azərbaycana həsr edib. Onlar azərbaycanlı ustaların hazırladığı unikal suvenirləri xarici auditoriyaya çatdırmaqla məşğuldurlar.

Bu illər ərzində onlar bir çox yeməyimizin dadına baxıb, bir çox rayonda olublar. Brentin ən çox yadında qalan məqam isə azərbaycanlı dostlarının evlərində qonaq olmalarıdır.

“Mən burada azərbaycanlı dostlarımdan çox şey öyrənmişəm. Onlar mənə qonaqpərvərliyin nə olduğunu öyrədiblər. Burada fikir verdiyim birinci məqam isə ailəyə, münasibətlərə verilən önəmdir”, - deyə Brent bizimlə bölüşüb.

Amma Brent üçün ən yadda qalan məqamı əsl Azərbaycan toylarına getmək olub. Azərbaycanlı dostları ilə səmimi söhbətləri yadında qalıb. Onun fikrincə, azərbaycanlılar ümumiyyətlə həyatı dolu-dolu yaşamağı bacarırlar.

Brent Frimen və ailəsi ölkədən köçmək fikrində deyillər. Onlar ildə bir dəfə əzizlərini görmək üçün ABŞ-a gedir, amma sonra mütləq yenidən Bakıdakı həyatlarına qayıdırlar. Onların iki qızı isə Azərbaycan dövlət məktəbində oxuyur. Onlar özlərini çoxdan qürurla amerikalı azərbaycanlı adlandırırlar.

70

Koronavirus Rusiya-Azərbaycan münasibətlərinə necə təsir etdi Rusiya səfiri

53
(Yenilənib 11:56 26.05.2020)
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Sputnik Azərbaycan-a eksklüziv müsahibə verib. Daha ətraflı videomuzda izləyin.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov koronavirus pandemiyası fonunda Rusiya-Azərbaycan əməkdaşlığının perspektivlərindən danışıb və iki ölkənin vətəndaşlarının öz ölkələrinə qayıdışı ilə bağlı məsələni şərh edib.

“Koronavirus pandemiyası ümumilikdə beynəlxalq münasibətlərə təsir etməyə bilməzdi. Buraya Rusiya-Azərbaycan qarşılıqlı əlaqələri də aiddir. Hal-hazırda, bizim ölkələr də daxil olmaqla bütün dünya təhlükəni geridə qoymağa başlayıb və bir növ yenidən açılmağa doğru addımlar atır. Elə vaxt gəlib çatır ki, bu fasiləni aşmalı və bu ilə təyin etdiyimiz bütün planları ərsəyə gətirmək üçün yeni sıçrayış üçün güc yığmalıyıq. Fikrimcə, koronavirus bizə vaxt verdi ki, biz daha böyük enerji ilə işləməyə başlayaq”, - deyə Boçarnikov koronavirusun ikitərəfli münasibətlərə təsirindən danışıb.

Boçarnikov həm də Rusiya və Azərbaycan vətəndaşlarının öz ölkələrinə qayıtması məsələsinə də toxunub. Onun fikrincə, bu hal-hazırda əməkdaşlığımızın ən aktual nöqtələrindən biridir.

“Hər iki ölkədə vətəndaşların hava yolu ilə çıxarılması üçün oxşar alqoritmlər işləyir. Bir həftə öncə avtobus vasitəsilə Dağıstanda qalmış azərbaycanlılardan 120 nəfəri avtobus vasitəsilə Azərbaycana gətirilib”, - deyə o şərh edib.

Diplomatın sözlərinə görə, ilk öncə uşaqlı qadınların və yaşlıların çıxarılmasına diqqət yetirilir. O həm də bu məsələnin yaxın vaxt ərzində tamamilə həll ediləcəyinə ümid etdiyini vurğulayıb.

53
Azərbaycan bayrağı

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür

5
(Yenilənib 22:20 27.05.2020)
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi.

BAKI, 28 may - Sputnik. Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.

Sputnik Azərbaycan xəbər verir ki, 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür.

1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir.

Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

5