Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

“Televiziya hələ sağdır” – Tanınmış rusiyalı telejurnalistdən ustad dərsi necə keçdi

Abunə olmaq
SputnikPRO təlim proqramının növbəti modulu çərçivəsində tanınmış rusiyalı telejurnalist ustad dərsi keçib. Bu dəfə modulun hansı mövzuya həsr edildiyini və jurnalistlərin nələr öyrəndiyini videomuzda izləyin.

Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu Bakıda Azərbaycan KİV-nin nümayəndələrinin Rusiyanın aparıcı media menecerləri ilə növbəti görüşünü təşkil edib. Bu dəfə ustad dərsini keçmək üçün Bakıya Rusiyanın tanımış telejurnalisti Sergey Malozyomov gəlib.

SputnikPRO-da növbəti dalğa: Onlayn yayıma keçid mövzusunda ustad dərsləri keçirilib  - Sputnik Azərbaycan
VİDEO
SputnikPRO-da növbəti dalğa: Onlayn yayıma keçid mövzusunda ustad dərsləri keçirilib

Budəfəki modul informasiya-əyləncə şoularının və televiziya proqramlarının müəllif və aparıcıları üçün nəzərdə tutulub. Qeyd edək ki, o, NTV telekanalının "Çudo texniki" ("Texnika möcüzəsi" - 2012-ci ildən) və "Yeda jivaya i myortvaya" ("Canlı və ölü yemək"- 2016-cı ildən) elmi-populyar verilişlərinin müəllifi və aparıcısı, "Sergey Malozyomovun Elmi Tədqiqatları" adlı elmi-populyar filmlər seriyasının yaradıcısı (2013-2015-ci illər), NTV teleşirkətinin informasiya xidmətinin müxbiridir (2006—2013). Videobloger və "Malozyomov proverit" ("Malozyomov yoxlayacaq") “YouTube” kanalının müəllifidir.

Rusiyalı aparıcı əmindir ki, internetin auditoriyası daha gənc olsa da, onun öz tələb və qaydaları bəzən verilişlərin hazırlanmasına təsir etsə də, televiziya kanalları internetin keçdiyi yolları çoxdan keçib və buna görə də TV-nin ölümü haqqında narahat olmağa dəyməz.

“Auditoriya fərqli – problemlər eyni” – “SputnikPRO” 7-ci dəfə Azərbaycanda  - Sputnik Azərbaycan
VİDEO
“Auditoriya fərqli – problemlər eyni” – “SputnikPRO” 7-ci dəfə Azərbaycanda

Azərbaycanlı jurnalistlər isə qeyd ediblər ki, təlimi maraqla dinləyiblər və ustad dərsi əla keçib.

“Deyirlər ki, televiziya ölür, internet isə qalib gəlir. Amma elə bu gün misal göstərilən yemək və texnika haqqında verilişlərin əsasında sübut edildi ki, televiziyanı internet vasitəsilə inteqrasiya etmək mümkündür”, - deyə İctimai televiziyanın prodüseri Ramin Nəsirli bizimlə bölüşüb.

Qeyd edək ki, SputnikPRO Azərbaycanda artıq səkkizinci dəfədir keçirilir. Bu, Sputnik Beynəlxalq Agentliyi və Radiosunun jurnalistika sahəsində çalışan mütəxəssislər üçün silsilə təcrübə mübadiləsi və ustad dərsləri layihəsidir.

Xəbər lenti
0