Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Dədə Qorqud yadigarı" – Tarixi səsləndirən musiqi aləti

Abunə olmaq
Balakən rayonunda Dədə Qorqud yadigarı, yaranma vaxtı belə dəqiq bilinməyən musiqi aləti hələ də qorunub saxlanılır. Daha ətraflı videomuzda izləyin.

Balakən sakini Əfqan Rəhmanov əmindir ki, 2 simi və 5 ladı olan qədim və arxaik formasını qoruyub saxlamış tambur musiqi aləti deyil. 

Ləzgi xalq mahnısı “Perizada” nənələrin ifasında  - Sputnik Azərbaycan
VİDEO
Ləzgi xalq mahnısı "Perizada" nənələrin ifasında
Onun sözlərinə görə, tambur ifaçısı bədahətən söz demək bacarığına sahib olmalıdır.

“Tambur ifaçısı düşdüyü mühitə uyğun, oranın ab-havasına uyğun haylalar söyləməlidir. Bu gün barmaqla sayılacaq qədər tamburçu var”, - deyə musiqiçi bizimlə bölüşüb.

Tarix üzrə fəlsəfə doktoru Asif Məmmədli isə düşünür ki, tamburun dili ilə bir millətin min illər boyu keçdiyi yolu, mübarizəsi, acısı və itkisi ifa olunur. Təəssüf ki, bu musiqi alətinin sirlərini öyrənmək istəyənlərin sayı, ümumiyyətlə tamburun populyarlığı getdikcə azalır.

Xəbər lenti
0