Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Yeni il davam edir" – bayram konsertindən video

Abunə olmaq
Köhnə Yeni il ərəfəsində “Günay” uşaq teatr studiyası Rəşid Behbudov adına Mahnı Teatrında bayram konserti verib. Uşaqların məharətini videomuzda izləyin.

Bu teatrın ən gözəl xüsusiyyətlərindən biri odur ki, buradakı tamaşaların hamısı uşaqlar tərəfindən oynanılır. Bu dəfə də uşaqlar bizi qış nağılına qərq etdilər. Balaca aktyorlar müxtəlif dillərdə mahnılar ifa edib, müxtəlif janrlarda rəqslər səhnələşdirib və kiçik dramatik səhnələr, şeirlər və çıxışlar hazırlayıblar. Onların köməyinə isə hər kəsin uşaqlıqdan sevdiyi personajlar gəlib.

“Günay” teatr studiyası artıq 2003-cü ildən Larisa Tarusovanın rəhbərliyi altında fəaliyyət göstərir. Teatrın xaricdə ilk çıxışı Moskvada 2008-ci ildə olub.

Xəbər lenti
0