Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Kibrit çöplərindən suvenirlər yaradan saç ustası – VİDEO

Abunə olmaq
Elçin Babayev saç ustasıdır, amma onun olduqca qeyri-adi hobbisi var. O, əl altında olan materiallardan olduqca orijinal suvenirlər yaradır. Onun buna necə nail olduğunu isə videomuzda izləyin.

Astaralı Elçin Babayev adi vaxtlarında dəlləkdir, amma onun həm də suvenir hazırlanması işində də qeyri-adi nailiyyətləri var. Hal-hazırda o, suvenir gəmi üzərində çalışır və onu yalnız kibrit çöplərindən yığır.

“Bir gəmi üzərində haradasa bir həftə işləyirəm, amma işi tamamilə 10 gün ərzində təhvil verirəm”, - deyə gənc usta bizimlə bölüşüb.

Onun istifadə etdiyi xammalın dəyəri o qədər də baha olmur, belə ki, çox vaxt satışlarla xərci çıxara bilir.

“Hazır gəminin qiyməti 100 manatdan yuxarı olur. Hərdən görürəm ki, alıcıların gəmi xoşuna gəlib, amma onu almağa pulu çatmır. Ona görə də çox vaxt onlar üçün də münasib olacaq qiymətə razılaşa bilirik”, - Babayev bizə danışıb.

Onun maraqlı əl işlərini isə videomuzda seyr edin.

Xəbər lenti
0