Havadan bayram qoxusu gəlir: ənənəvi xeyriyyə yarmarkasından video

41
(Yenilənib 14:31 07.12.2019)
Ənənəvi olaraq Bakıda Yeni il ab-havası Fəvvarələr Meydanında qurulan “Soyuq əllər, isti ürək” yarmarkası ilə başlayır. Siz də bayram atmosferinə qərq olmaq istəyirsinizsə, videomuzu izləyin.

Nargis Fund tərəfindən təşkil edilmiş yarmarka artıq yeddinci dəfədir Bakıda keçirilir. Bu il o, yanvarın 13-nə qədər açıq olacaq.

Bu məkan hər il olduğu üçün əsl Yeni il açıqcasına bənzəyir – bayram musiqisi, eksklüziv əl işləri, çoxlu dadlı yemək və Şaxta Baba ilə tanışlıq. Sanki uşaq nağıllarından çıxmış evciklər par-par parıldayır, nağıl personajları uşaq və böyükləri qarşılayır.

Ötən illərdə olduğu kimi, burada  yığılan vəsaitlər Nargis fonduna müraciət edən uşaqların əməliyyat və müalicəsinə xərclənəcək.

41