“Nə müharibə, sülh”: XİN başçıları Qarabağ münaqişəsinin həlli barədə

36
(Yenilənib 18:50 03.12.2019)
Bakıda Azərbaycan və Rusiya XİN başçılarının birgə mətbuat konfransı çərçivəsində həm də Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə edilib. Nazirlərin ətraflı şərhlərini videomuzda izləyin.

Rusiyanın Xarici İşlər naziri bəyan edib ki, Qarabağ münaqişəsinin həlli prosesində kompromis əldə etmək mümkündür. Azərbaycanda səfərdə olan Sergey Lavrovun sözlərinə görə, həm rəsmi Moskva, həm Bakı bu fikirdədir.

Digər tərəfdən, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov qeyd edib ki, irəliyə doğru addım atmaq lazımdır, çünki hal-hazırda mövcud olan “nə müharibə, nə də sülh” vəziyyəti heç bir işə yaramır.

Qeyd edək ki, iki ölkənin XİN başçıları ikitərəfli görüşdə beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar, Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. Görüşün yekununda iki ölkənin XİN-i arasında 2020-ci il üzrə konsultasiya planı imzalanıb.

36