Ləzgi “xran fu”, yəni xərək çörəyi necə bişirilir

460
Ləzgi çörəyini yüz müxtəlif çörəyin arasında ayırd etmək olar. Yastı, yumru, üstü isə deşik-deşik olur. Xüsusi ləzgi xərəyində ocaq üzərində bişirilir. Yüz söz eşitməkdənsə, Sputnik Azərbaycan çörəyin hazırlanma qaydasına özü tamaşa etmək qərarına gəlib.

Ləzgi çörəyi xüsusi “xar” adlanan xərəkdə bişirilir. Onun özəlliyi ondan ibarətdir ki, çörək açıq ocaq üzərində həm altdan, həm üstdən bişir. Xərək otağı, istifadə edilən alətlərin çoxu “müasirləşsə” də, çörəyin hazırlanma qaydası yüz illərlə dəyişməyib.

Xəmir adi inqrediyentlərdən yoğrulur – un, maya, duz və ilıq su. Onların tam miqdarını da artıq heç kim dəqiq deyə bilməz, belə ki, ləzgi qadınların çoxu uşaqlıqdan bu çörəyi bişirməyi öyrəndikləri üçün hər şeyi göz ölçüsü ilə əlavə edir.

Xəmir yoğrulduqdan sonra mütləq 2-3 saat qabarmağa qoyulmalıdır. Ona görə də əvvəllər qadınların oyandıqda gördükləri ilk iş məhz xəmir yoğurmaq olub. Daha sonra kündələr tutulur və prosesin ən maraqlı hissəsi başlayır. Xəmir adi çörəkdən daha incə yayılır, yumru və böyük olur. Daha sonra qızarması üçün üstünə qatıq, su və yumurta qarışığı sürtülür və taxta çubuqlarla naxışlanır. Məhz bu tərəfi də yalnız ləzgi çörəklərinə məxsusdur. Əvvəllər bu naxışı vurmaq üçün hindtoyuğu ləkəklərindən istifadə olunub. Birinci çörək xərəkdə bişənədək ikinci çörəyin hazırlığı görülür. Çox vaxt iki xanım bir yerdə bu işi görür, çünki xərək odununu daim qaldırmaq, lazım gələrsə daha çox odun əlavə etmək lazım gəlir.

Bu dəfə çörəyi bizim üçün Qusar rayonu Ləzə kəndi sakini Elmira Abdullayeva bişirib. Təxmin etdiyiniz kimi, birinci çörək elə oradaca kəsilib yeyildi. Nuş olsun!

460

Azərbaycan ordusu Şəhidlərin xatirəsini belə andı - VİDEO

15
Azərbaycan Ordu Vətən müharibəsi şəhidlərinin xatirəsini anıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

BAKI, 4 dekabr — Sputnik. Azərbaycan Ordu Vətən müharibəsi şəhidlərinin xatirəsini anıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən saat 12:00-da Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə bir dəqiqəlik sükut elan edilib.

Nazirlik bu barədə videogörüntü də paylaşıb.

 

15

Şəhidlər ölməz! Qəhrəmanlarımız bir dəqiqəlik sükutla yad edilib video

31
(Yenilənib 12:39 04.12.2020)
Prezident İlham Əliyevin sərəncamı ilə bu gün bütün Respublika üzrə saat 12:00-də bir dəqiqəlik sükut elan edilib. Şəhidlərin ruhunun paytaxtda necə anıldığını videomuzda izləyin.

Vətən müharibəsində həqiqətin bərqərar edilməsi, 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yollarda maşınların hərəkəti dayandırılıb, mərkəzdə bayraqlar endirilib. Bir dəqiqə ərzində bütün Azərbaycan vətəndaşlarının ürəyi bir olub, yalnız həyatını gələcəyimiz üçün qurban vermiş qəhrəmanlarla döyünüb. Allah bütün şəhidlərimizə rəhmət etsin.

Qeyd edək ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir. 

31
Biznes  ledi

İllərin sənətçisi yeni biznesə başlayıb

0
(Yenilənib 23:45 04.12.2020)
Sayan istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb

BAKI, 4 dekabr — Sputnik. Türkiyəli müğənni Seda Sayan yeni biznesə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi öz adı ilə istehsal olunan ətirli kolonyanı satışa çıxarmağa hazırlaşır.

View this post on Instagram

A post shared by Seda Sayan (@sedasayan)

Artıq Seda məhsullarla çəkdirdiyi fotosunu özünün "Instagram" səhifəsində paylaşıb. O, istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb. Qeyd edək ki, kolonya qutusunun üzərində Seda Sayanın şəkli yer alıb.

0