Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Gözübağlı rəsm çəkən lənkəranlı müəllim “Ginnesin Rekordlar Kitabı”na düşmək istəyir

Abunə olmaq
39 yaşlı lənkəranlı tarix müəllimi Vüsal Cabbarov gözübağlı portretlər çəkir və “Ginnesin Rekordlar Kitabı”na düşməyə iddialıdır. Onun bunu necə etdiyini videomuzda izləyin.

Lənkəran rayonu Sütəmurdov kənd sakini Vüsal Cabbarovun ən böyük sevgisi rəssamlıqdır. Amma o, rəngkarlığın vərdiş etdiyimiz formatından kənara çıxaraq, onun müxtəlif qollarıyla məşğuldur. İlk cızma-qaralarını 4 yaşında edən 39 yaşlı tarix müəllimi daim çərçivə kənarına çıxmağa çalışır və bütün qəlbi ilə vurğunu olduğu rəssamlıq işində yeni layihələrə imza atmağa çalışır.

Pəri nağılları – Sənəti ilə xoş duyğular aşılamaq istəyən miniatür ustası  - Sputnik Azərbaycan
VİDEO
Pəri nağılları – Sənəti ilə xoş duyğular aşılamaq istəyən miniatür ustası

Hal-hazırda o, həm sürətlə portret işləyir, həm gözübağlı şəkil çəkir, taxta üzərində yandırma üsulu ilə əsərlər yaradır, həm də müasir qadcetlərdən istifadə edərək stilus ilə işləyir. Onun rəssam “arsenalı” da olduqca rəngarəngdir – flomasterlərdən tutmuş, yağlı, sulu boyalara qədər.

“Ümumiyyətlə, günün bütün anını rəssamlıq haqqında düşünürəm. Daim yeni üsullar və yollar axtarışındayam,” - deyə Cabbarov bölüşür.

Lənkəranlı rəssamın müraciət etdiyi ən təəccübləndirici janr isə gözübağlı rəsm çəkməkdir. O, hətta bu layihə ilə “Ginnesin Rekordlar Kitabı”na düşməyə iddialıdır. Biz isə ona uğurlar diləyir və onun işini sizə videomuzda təqdim edirik.

Xəbər lenti
0