Balaca azərbaycanlı qiraətçi rus dilində deklamasiyaları ilə ürəkləri fəth edir

85
(Yenilənib 11:37 24.11.2019)
10 yaşlı Səadət Çerçiyevə səsləndirdiyi şeirlərlə hər kəsin qəlbini fəth etməyi bacarır. Onun deklamasiyalarını dinləyənlər göz yaşlarını saxlaya bilmirlər. Balaca qiraətçidən “Vətən” şeirini videomuzda dinləyin.

Balakən rayonu sakini, 4-cü sinif şagirdi Səadət Çerçiyeva nadir istedada malikdir. O, şeirləri elə deklamasiya edir ki, onu dinləyənlər göz yaşlarını saxlaya bilmirlər. Sputnik Azərbaycan onun səsləndirməsində rus dilində “Vətən” ("Pодина") şeirinə qulaq asmağa müvəffəq olub.

Bapbalaca boyu var, dam dolusu... – On bir yaşlı istedad
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Səadətin ən böyük arzusu Qarabağı görmək və nənəsi kimi jurnalist olmaqdır. Onun müəllimi ona Xankəndi, Şuşa, Kəlbəcər haqqında o qədər danışıb ki, özü də şəxsən o yerləri görmək istəyir, jurnalist kimi çəkilişlər etmək istəyir.

Balaca qiraətçi bir çox ölkə əhəmiyyətli tədbirlərdə iştirak edib. Hər dəfə şeir söyləyəndə zaldakı hər kəs onu hərarətlə alqışlayır.

“Oxuduğum məktəbdə ilk dəfə “Vətən” şeirini deyəndə gördüm ki, hər kəsin gözü dolub. Bəzən elə olur ki, özüm də kövrəlirəm. Bir dəfə də bir şairin kitabının təqdimatı idi, şeiri söylədim, insanlar məni ayaq üstə alqışladılar".

Qeyd edək ki, Səadət Çerçiyeva bu yaxınlarda Balakən rayonunda təşkil olunmuş 18 oktyabr - Milli Müstəqillik Gününə həsr olunmuş "Müstəqil Azərbaycan" adlı şeir müsabiqəsində 1-ci yeri tutub. Biz isə onun deklamasiyasını sizə təqdim edirik.

85