Bakıda moda həftəsi: yubiley mövsümündən video

33
(Yenilənib 09:58 23.11.2019)
Bakıda Azerbaijan Fashion Week (Azərbaycan Moda Həftəsinin) 10-cu yubiley mövsümünə start verilib. Ətraflı Sputnik Azərbaycan-ın videosunda baxın.

Ənənəvi meydançaya çevrilən Daş salnamə muzeyində Azerbaijan Fashion Week - ölkəmizin rəsmi moda həftəsinin 10-cu yubiley mövsümünün nümayişləri keçirilib. Bu dəfə də moda dünyasının ən maraqlı və parlaq simaları seçilmiş tamaşaçılara təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Moda Həftəsi çərçivəsində Noora, Günel Behbudova, Ülkər Həsənova, Shan Atelier, GM Fashion, Giedi, RM Couture, Velor və son mövsümün yeni siması – Scandar, 2020-ci ilin yaz-yay kolleksiyalarını təqdim edəcəklər.

2015-ci ilin may ayında Azərbaycanda Azerbaijan Fashion Week Moda Həftəsinin birinci mövsümü keçirildi, bununla ölkəmizdə moda həftələrinin keçirilməsinin başlanğıcı qoyuldu. Azerbaijan Fashion Week dəb sahəsində çalışanların bütün cəhdlərini birləşdirən meydançaya çevrilərək, dizayner, bayer, yerli və xarici mətbuat nümayəndələri və paytaxtın bütün dəbpərəstlərini bir araya gətirən platforma oldu.

33