“Azərbaycanı artıq tanımağa başlayıblar” qəlbən azərbaycanlı olan Enn Tompson-Əhmədova

1878
(Yenilənib 22:22 08.11.2019)
Həyatının 20 ilini Azərbaycanda keçirmiş, bir çox bədii əsərlərimizi ingilis dilinə tərcümə edən Enn Tompson-Əhmədova Azərbaycanın xaricdə hansı meyarlara görə tanındığından danışıb. Daha ətraflı – videomuzda.

Azərbaycanda keçirilən bir çox mötəbər idman tədbirləri, müxtəlif yarış və konfranslar izsiz keçmir. Məhz bu cür tədbirlərə görə ölkəmiz xaricdə tanınmağa başlayıb.

Enn Tompson da Azərbaycanın məhz Britaniyada hansı meyarlara görə tanınmağa başladığından danışıb.

“Azərbaycanı daha çox “Avroviziya”, futbol, “Formula-1” kimi tədbirlərdən sonra tanımağa başlayıblar. Artıq britaniyalıların bu ölkə haqda az da olsa anlayışları var”, - deyə britaniyalı filoloq bizimlə bölüşüb.

Onun sözlərinə görə, Britaniya televiziyası da vətənimiz haqda daha çox verilişlərə yer verməyə başlayıb.

1878