Bayraqdan geyim kimi istifadə etmək olarmı? Sorğu

8473
(Yenilənib 15:44 08.11.2019)
Son zamanlar şou-biznes nümayəndələri bayraqdan geyim hazırladıb müxtəlif fotosessiya və klip çəkdirir. Bu isə həmişə birmənalı qarşılanmır. Sputnik Azərbaycan əhalinin buna münasibətini öyrənmək qərarına gəlib.

Bu cür bayraqla fotosessiyalar vətənpərvərlik adı altında təqdim olunursa da, bir çox halda əhalinin kəskin reaksiyasına tuş gəlir. Qax rayonunda keçirilən sorğuda iştirak edən sakinlərin elə hamısı da bu fenomenə qəti iradını bildirib.

Hər iki tərəfin fikirlərini öyrənmək istəsək də, dövlət rəmzimizin bu cür istifadəsini dəstəkləyən şəxs tapmadıq. Eşitdiyimiz cavabların çoxu “bayraqdan geyim olmaz, bayraq ən uca zirvələrdə dalğalanmalıdır”, “elə müğənnilər var ki, bayrağı əllərinə almağa belə layiq deyillər”, “bayraq müqəddəsdir, onu özünü reklam məqsədilə istifadə etmək olmaz” kimi rəylər oldu.

Qeyd edək ki, noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilir. Milli bayrağımız ilk dəfə 1918-ci ildə noyabrın 9-da Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib və qaldırılıb.

8473

“Sənsən eşqim, zəfərim” Xaricdə yaşayan azərbaycanlılardan video fleşmob

68
Bu gün Azərbaycan ən əziz günü – Respublika Gününü qeyd edir. Bu münasibətlə, xaricdə yaşayan azərbaycanlılar öz vətənlərinə sevgi etirafı ediblər. Daha ətraflı videomuzda izləyin.

Şərqdə ilk demokratik respublika düz 102 il bundan öncə məhz Azərbaycanda elan edilib. Bu gün, xaricdə və ya ölkədə yaşamaqlarından asılı olmayaraq, bütün azərbaycanlılara vətənlərinə qarşı sevgi və həmrəylik birləşdirir. Bu dəfə məhz xaricdə yaşayan azərbaycanlılar Sputnik Azərbaycan-ın fleşmobuna qoşulublar.

Onlar SSRİ xalq artisti Müslim Maqomayevin əfsanəvi “Azərbaycan” kompozisiyasını ifa ediblər və beləliklə öz vətənlərinə sevgi etirafı ediblər.

68

“Azərbaycan toylarının yerini heç vermir” Amerikalı sahibkar ölkəmiz haqqında

100
(Yenilənib 12:46 27.05.2020)
3 il yarım öncə Frimen ailəsi ABŞ-dan Azərbaycana köçməklə, Bakını öz ikinci evi etdilər. Amerikalı sahibkar Brent Frimenin Azərbaycan haqqında təəssüratlarını videomuzda izləyin.

Bu müddət ərzində Frimen ailəsi ölkəmizin maraqlı ənənələrini öyrənir, ölkəmizi qarış-qarış gəzir və buradakı həyatlarını dolu-dolu yaşamağa çalışır. Ailə başçısı Brent Frimen hətta öz ailə biznesini belə Azərbaycana həsr edib. Onlar azərbaycanlı ustaların hazırladığı unikal suvenirləri xarici auditoriyaya çatdırmaqla məşğuldurlar.

Bu illər ərzində onlar bir çox yeməyimizin dadına baxıb, bir çox rayonda olublar. Brentin ən çox yadında qalan məqam isə azərbaycanlı dostlarının evlərində qonaq olmalarıdır.

“Mən burada azərbaycanlı dostlarımdan çox şey öyrənmişəm. Onlar mənə qonaqpərvərliyin nə olduğunu öyrədiblər. Burada fikir verdiyim birinci məqam isə ailəyə, münasibətlərə verilən önəmdir”, - deyə Brent bizimlə bölüşüb.

Amma Brent üçün ən yadda qalan məqamı əsl Azərbaycan toylarına getmək olub. Azərbaycanlı dostları ilə səmimi söhbətləri yadında qalıb. Onun fikrincə, azərbaycanlılar ümumiyyətlə həyatı dolu-dolu yaşamağı bacarırlar.

Brent Frimen və ailəsi ölkədən köçmək fikrində deyillər. Onlar ildə bir dəfə əzizlərini görmək üçün ABŞ-a gedir, amma sonra mütləq yenidən Bakıdakı həyatlarına qayıdırlar. Onların iki qızı isə Azərbaycan dövlət məktəbində oxuyur. Onlar özlərini çoxdan qürurla amerikalı azərbaycanlı adlandırırlar.

100

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

0
(Yenilənib 13:43 31.05.2020)
Görüləcək tədbirlər 2015, 2016 və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacaq

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 31 may — Sputnik. "Azərbaycan ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək".

Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Azərbaycanın Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

"Görüləcək tədbirlər 2015, 2016 və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacaq. Düşmən böyük itkilər verəcək və bu da öz növbəsində onun tamamilə məğlubiyyətinə gətirib çıxaracaq. Düşmənlə danışmağın yeganə dili silah gücüdür və biz bundan istifadə edərək Ermənistanın işğalçı qüvvələrini ərazilərimizin hüdudlarını tərk etməyə məcbur edəcəyik. Azərbaycan əsgəri silahının gücü ilə buna mütləq nail olacaqdır", - məlumatda vurğulanıb.

0
Əlaqədar
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb
Nazir Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib
Cəbhədə snayperlər işə düşdü: təşəbbüskar yenə Ermənistandır
Müdafiə naziri: “Bu dəfəki tədbirlər 2016-cı ilin aprelindən fərqli olacaq”