"Abrımızı qorumaq üçün uşaqlarımızı qurban veririk" Uşaq zorakılığı müzakirə edildi

1393
(Yenilənib 23:35 07.11.2019)
Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində dəyirmi masa ətrafında ölkədə uşaq hüquqları və zorakılığı məsələsi müzakirə edilib

Müzakirədə Azərbaycan Uşaqlar Birliyinin sədri, tanınmış uşaq hüquqları müdafiəçisi Kəmalə Ağazadə, "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva, “Humel” Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Taryel Faziloğlu, tanınmış psixoloq Zeynəb Əyyubova, ekspert Ramiya Məmmədova, “XXI Əsrin Qadınları” İctimai Birliyinin psixoloqu Aygün Şərifova və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Mircəfər Əyyubov iştirak ediblər. 

Mütəxəssislər yekdilliklə bu problemin əsas qaynaq mənbəyinin ailədə uşaq-valideyn bağının zəif olması və bir çox hallarda maarifləndirmənin kifayət qədər aparılmaması ilə bağlı olduğunu bəyan ediblər.

1393