Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bakı dinləyicilərini “tərpətmək” olmur – Volfqanq Şpindler caz festivalı haqqında

Abunə olmaq
Artıq illərdir ki, Bakı Caz Festivalını onsuz təsəvvür etmək olmur. Bakıda caz dinləyiciləri onu doğma “bakılı” hesab edir, onunla selfi çəkir. Onun müxtəlif pencəkləri isə caz festivalının vizit kartlarından birinə çevrilib.

Sputnik Azərbaycanın çəkiliş qrupu “Euronews” xəbər portalı üçün 25 ildən artıqdır mədəniyyət jurnalisti qismində çalışan Volfqant Şpindlerlə şəxsən tanış olmaq və onun Bakının ənənəvi Caz Festivalı haqqında fikirlərini öyrənmək qərarına gəlib.

O bizimlə bölüşüb ki, Azərbaycana ildə bir neçə dəfə gəlir. Təkcə bu il ərzində o, artıq Qəbələ Festivalı, Nəsimi Festivalı və Caz Festivalına gəlib və süjetlər hazırlayıb. Bizimlə müsahibədə Volfqanq şəhərimiz, festivallarda ifa edilən musiqi və dinləyicilərin reaksiyası haqqında təəssüratlarını bölüşüb.  

“Mənim üçün qəribə olan məqamlardan biri odur ki, Bakı dinləyiciləri daha mühafizəkardırlar. Mən dünyanın müxtəlif nöqtələrinə səyahət edirəm, verilişlər hazırlayıram. Orada insanlar festivallara ailələri ilə birgə gəlir, bol-bol əylənir, rəqs edirlər. Burada isə insanlar nadir hallarda rəqs edir”, -  deyə Şpindler danışıb.

Avropalı jurnalist Bakını ilk gördüyündə çox təəccüblənib. Jurnalistikaya xəbərlərdən başlayan Volfqanqın Bakı ilə ilk tanışlığı müharibə dövründən çəkilən şəkillərlə başlayıb. Amma daha sonra “Euronews” üçün buraya ilk dəfə səyahət edən jurnalist gözləntilərindən tamamilə fərqli bir “mənzərə” ilə rastlaşıb. Bunu isə artıq videomuzda izləyin.

Xəbər lenti
0