Ləzgi xalq mahnısı "Perizada" nənələrin ifasında

149
(Yenilənib 14:36 04.11.2019)
Ağsaqqallarımız və ağbirçəklərimiz bizim adət-ənənələrimiz, itməkdə olan folklorumuzu gənc nəsildən qat-qat yaxşı xatırlayırlar. Bu dəfə ləzgi xalq mahnısı olan “Perizada”nın ifasını ləzgi nənələrin ifasında eşitdik və bu autentik videonu sizinlə bölüşmək istədik.

Ləzgi musiqisi deyəndə, təbii ki, ilk öncə ağıllara “Ləzginka” gəlir. Amma ləzgilərin daha çox sevdiyi və el şənliklərinin əvəzolunmazı olan daha bir mahnı var, bu da ləzgi xalq mahnısı “Perizada”dır. Mahnı müxtəlif bayatılardan ibarətdir və oxunduğu yerdən asılı olaraq sözləri dəyişə bilər. Bayatıların mövzuları da olduqca müxtəlifdir – toylardan və təbiət gözəlliklərinin vəsfindən tutmuş siyasi mövzulara qədər.

İşığı ilk qarşılayan kənd – dağlar qoynunda yerləşən Ləzə>>

Təəssüf ki, müasir dünyada bir çox gənc bu mahnının sözlərini artıq xatırlamır. Bunun üçün də onu bütün ömrü boyu bu mahnını eşidərək böyümüş və yaşamış ləzgi nənələrinin ifasında eşitmək qərarına gəldik. Sizin üçün ifa edirlər: Qusar rayonu Ləzə kəndi sakinləri - Nazpəri Pirəliyeva, Raqiyyət Nəsrullayeva, Minəgül Ağakişiyeva və Kaminat Pirəliyeva.

149

Putin Rusiyanın ilk COVID-19 əleyhinə peyvəndinin qeydə alınması barədə

33
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiyanın dünyada koronavirusa qarşı ilk peyvəndinin qeydiyyatını elan edib. O, “Sputnik V” adlanır.

Rusiyanın prezidenti qeyd edib ki, preparat təsirlidir və dayanıqlı immunitet formalaşdırır. Putin həmçinin qızlarından birinin sınaqlarda iştirak etdiyini və COVID-19-a qarşı peyvəndi vurdurduğunu bildirib. Putinin qızı peyvənddən sonra özünü necə hiss edib? Koronavirus peyvəndi kimə və hansı şərtlərlə vurulacaq? Rusiya lideri hökumət üzvləri ilə keçirdiyi iclasda bu məsələlərdən danışıb.

33

Çimərlik serialının qısa tizerdən sonra yeni mövsümü yeni qaydalarla

26
(Yenilənib 15:17 10.08.2020)
Azərbaycanda karantin rejimi yumşaldılıb. Xəzər dənizinin sahilləri yenidən qızmar qum üzərində istirahət etmək, dəniz suyunda yorğunluğunu atmaq istəyənlər üçün açılıb. Amma yeni qaydalar ilə. Abşeron çimərliklərindəki vəziyyəti videomuzda izləyin.

Son ay ərzində Azərbaycanda koronavirusa tutulanların sayının azalması ilə Abşeron çimərlikləri yenidən istirahət edənlər üçün açılıb. Artıq Xəzər sahilinə heç bir icazə almadan getmək olar, amma bunu etməzdən öncə bu və ya digər çimərliyin nə dərəcədə dolu olduğunu cimerlik.az xüsusi portalında yoxlamaq tövsiyə edilir.

Açıldığı kimi bağlandı: bakılılar Abşeron çimərliklərindən həzz ala bilmədilər>>

Qızıl qayda isə sosial məsafəni gözləmək və təmizliyə riayət etməkdir.

26
Mehdiabad qəsəbəsində antisanitariya

Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi

0
(Yenilənib 23:33 11.08.2020)
Mehdiabad Bələdiyyəsinin əməkdaşı Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

BAKI, 11 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Şok Market"in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

0