“26 ildir qaçqınlıq həyatı yaşayırıq” Zəngilan sakininin xatirələri

148
(Yenilənib 10:04 29.10.2019)
Bu gün Azərbaycanın Zəngilan rayonunun Ermənistan tərəfindən işğalından 26 il ötür. Rayonun sakini Osman Nəsirov həmin dəhşətli günləri və doğma diyarını yada salır.

Zəngilan Ermənistan işğalına məruz qalmış ən sonuncu rayon idi. Qubadlı və Cəbrayılın itirilməsindən sonra əhali mühasirəyə düşmüşdü, çıxış yolu isə Araz çayından keçib qonşu İranın ərazisindən keçmək idi. Cəbrayılın işğalı nəticəsində 35 mindən çox azərbaycanlı öz yurdlarından didərgin salınmış, qaçqın həyatı yaşamağa məhkum edilmişdi.

Müsahibəmizin qəhrəmanı isə o zaman o əhalinin Zəngilandan çıxarılmasında iştirak edib. Bu gün isə məcburi köçkün Osman Nəsirov Abşeronun Masazır qəsəbəsində 760 ailə üçün tikilmiş qəsəbədə yaşayır. Amma o günlərdə çəkdiyi əziyyətlə müqayisədə bu günün xırda problemləri onun gözünə belə görünmür.

“Yeməyə çörək tapmırdıq. İçinə müşəmbə çəkilmiş damı uçmuş evdə yaşayırdıq. Bu gün isə əsas problemimiz torpağımızdır, Vətənimizdir. Və nə vaxtsa müharibə elan edilsə, yenə də silaha sarılmağa hazıram”, - deyə Nəsirov bizimlə bölüşüb.

148
(2:35 / 20.05Mb / просмотров видео: 105)

Bir ailədən üç əsgər ön cəbhədə: Tat icması qələbə xəbərini dörd gözlə gözləyir video

107
(Yenilənib 13:59 24.10.2020)
Şabran şəhərində orta məktəbin direktoru könüllü olaraq cəbhəyə yollanıb. Tat icmasının nümayəndələri olan bu ailənin əsgərləri necə dəstəklədiklərini, qələbə xəbərini necə gözlədiklərini videomuzda izləyin.

Əsgər anası Məlahət Şamxalova oğlunun onlardan xəbərsiz hərbi səfərbərlikdə könüllü olaraq  qeydiyyatdan keçdiyini bildirib. Əsgər anası deyib ki, onun oğlu ailəsini, övladlarını, şagirdlərini həmişə çox sevib, lakin vətən sevgisi daha üstün olub.

Atası Abdulla Şamxalov isə bildirib ki, 90-cı illərdə baş verən Qarabağ müharibəsində azsaylı xalqlardan olan tatlar da müharibədə şücaət göstərib. Onlar vətəni çox sevir, vətən uğrunda son damla qanına qədər vuruşmağa hazırdır.

Qarabağ əlili olan Muxtar Şabəddinov qəhrəmanımızın dayısıdır. Dediyinə görə, onun oğlu da ön cəbhədədir:

“Oğlum və bacımın oğlu müharibədə vuruşur. Mən bir Qarabağ əlili kimi bununla qürur duyuram. Mən özüm də könüllü olaraq səfərbərliyə müraciət etmişəm. Mənə ehtiyac olarsa, düşünmədən cəbhəyə yollanmağa hazıram”.

Məktəb direktorunun azyaşlı oğlu Orxan da atası ilə qürur duyduğunu bildirir.

107

Ermənistan ordusunun döyüş texnikaları məhv edilib VİDEO

208
(Yenilənib 23:01 24.10.2020)
Rəşadətli Azərbaycan Ordusu tərəfindən işğalçıların döyüş texnikalarının məhv edilməsi davam etdirilir.

Ermənistan silahlı qüvvələrinin döyüş texnikaları məhv edilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən bildirilib.

Həmin görüntüləri təqdim edirik.

208
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

0
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə