Bakıda Caz Festivalında son ifa musiqi bayramı başa çatdı

17
(Yenilənib 17:30 28.10.2019)
Bakıda 10 gün davam edən Caz Festivalı sona çatıb. Festivalın son çıxışını və Bakı dinləyicilərinin ənənəvi musiqi bayramını necə yola saldığını Sputnik Azərbaycan-ın videosunda izləyin.

Bakıda ənənəvi Caz Festivalının son konserti Əməkdar artist Tofiq Cabbarov və “Bakuba” qrupundan gəlib. Musiqiçilər axşam ərzində yeddi kompozisiya ifa ediblər – onlardan üçü Tofiq Cabbarova məxsus olub.

Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva Sputnik Azərbaycan-a müsahibəsində etiraf edib ki, bu 10 gündə onlar həm ağlayıblar, həm seviniblər.

“Tamaşaçılar məmnundur, biz məmnunuq. Mən bir daha o qənaətə gəldim ki, caz bizim hamımızı bir araya gətirir”, - deyə Əfəndiyeva bölüşüb.

Bu il festival 10 gün davam edib. “More jazz, more intellect!” (daha çox caz, daha çox intellekt!) şüarı altında keçirilən musiqi bayramının proqramına konsertlərdən başqa, müxtəlif ustad dərsləri, sərgilər, mühazirələr və “jam session”-lər daxil olub.

Sputnik Azərbaycan Bakı Caz Festivalının informasiya tərəfdaşıdır.

17