Bakıda “darmaDuman” bir konsert bütün sözlər əzbərə...

1138
(Yenilənib 10:22 27.10.2019)
Türkiyənin ən sevilən rok qruplarından biri olan “Duman” Bakı dinləyicilərinə hər mahnını əzbər oxutdu. Konsertin ən maraqlı məqamlarını Sputnik Azərbaycan-ın videosunda izləyin.

Dünən axşam Elektra Events Hall-da keçirilən konsertdə iynə atsan, yerə düşməzdi.

8 illik fasilədən sonra Bakıya konsertlə qayıdan “Duman” hər mahnısını “teşekkür ederim, arkadaşlar, çok güzelsiniz” sözləriylə bitirirdi. Biz də elə deyərdik, çünki Bakı dinləyiciləri rok qrupunu, doğrudan da, çox yaxşı qarşıladılar. Hər mahnını “Duman”la birlikdə oxudular, hər yeni parçanı alqışla qarşıladılar, konsertin sonuna qədər enerjini saxladılar. Halbuki, yalnız konsertin başlamasını iki saat gözləməli oldular.

Amma sizə deyək ki, buna dəyərdi. “Duman” həm yeni parçalarını ifa etdi, həm də qrupun ən birinci işlərini yada salaraq bütün dinləyicilərin üzünə nostalji təbəssümü qondurdu. Belə konsertlər çox olsun deyirik. Enerji bol olsun deyirik. Bütün yorğunluqlar gözəl mahnılardan həzz almaqdan olsun deyirik.

Teşekkürler, “Duman”, çok güzelsiniz!

1138
(1:25 / 11.15Mb / просмотров видео: 56)

Ermənistan ordusunun atəş nöqtələri məhv edilib - VİDEO

39
(Yenilənib 18:40 25.10.2020)
Azərbaycan silahlı qüvvələri işğalçı ordunun bölmələrinin atəş nöqtələrini məhv etməkdə davam edirlər.

Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 “Qrad”, 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1tank və bir neçə atəş nöqtəsi məhv edilib.

39
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
(2:35 / 20.05Mb / просмотров видео: 105)

Bir ailədən üç əsgər ön cəbhədə: Tat icması qələbə xəbərini dörd gözlə gözləyir video

108
(Yenilənib 13:59 24.10.2020)
Şabran şəhərində orta məktəbin direktoru könüllü olaraq cəbhəyə yollanıb. Tat icmasının nümayəndələri olan bu ailənin əsgərləri necə dəstəklədiklərini, qələbə xəbərini necə gözlədiklərini videomuzda izləyin.

Əsgər anası Məlahət Şamxalova oğlunun onlardan xəbərsiz hərbi səfərbərlikdə könüllü olaraq  qeydiyyatdan keçdiyini bildirib. Əsgər anası deyib ki, onun oğlu ailəsini, övladlarını, şagirdlərini həmişə çox sevib, lakin vətən sevgisi daha üstün olub.

Atası Abdulla Şamxalov isə bildirib ki, 90-cı illərdə baş verən Qarabağ müharibəsində azsaylı xalqlardan olan tatlar da müharibədə şücaət göstərib. Onlar vətəni çox sevir, vətən uğrunda son damla qanına qədər vuruşmağa hazırdır.

Qarabağ əlili olan Muxtar Şabəddinov qəhrəmanımızın dayısıdır. Dediyinə görə, onun oğlu da ön cəbhədədir:

“Oğlum və bacımın oğlu müharibədə vuruşur. Mən bir Qarabağ əlili kimi bununla qürur duyuram. Mən özüm də könüllü olaraq səfərbərliyə müraciət etmişəm. Mənə ehtiyac olarsa, düşünmədən cəbhəyə yollanmağa hazıram”.

Məktəb direktorunun azyaşlı oğlu Orxan da atası ilə qürur duyduğunu bildirir.

108

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

0
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə