“Cəmiyyətimiz autizmli uşaqların inklüziv təhsilinə hələ hazır deyil” Çiçək Məmmədli

189
(Yenilənib 16:44 25.10.2019)
Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Bakı-Minsk videokörpüsü keçirilib. İki ölkənin mütəxəssisləri “Teatr və autizm” mövzusunu müzakirə ediblər.

Biz isə fürsətdən istifadə edib Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli və Psixoloji Reabilitasiya Mərkəzinin rəhbəri İlham Osmanlı ilə autizmli uşaqların Azərbaycanda inklüziv təhsilə cəlb edilməsi, cəmiyyətimizin buna hazır olub-olmaması haqqında danışmağa qərar verdik.

Çiçək Məmmədlinin sözlərinə görə, hal-hazırda cəmiyyətimiz autizmli uşaqların digər uşaqlarla birgə təhsilinə hələ hazır deyil. Bu mövzuda çox böyük maarifləndirmə işinə ehtiyac duyulur.

İlham Osmanlı isə ölkədə autizm sindromundan əziyyət çəkən uşaqların rəsmi statistikası olmadığını qeyd edib. Onun sözlərinə görə, bu cür uşaqların hər biri individual yanaşmaya ehtiyac duyur və cəmiyyətimiz autizmli ailələri dəstəkləməyi öyrənməlidir.

189

Qabardılmış cizgilər, tanınan tipajlar: Lənkəranın yeganə keramika ustası

37
(Yenilənib 15:45 13.08.2020)
Keramika ustadan zövq, bacarıq, səbr və dəqiqlik tələb edir. Lənkəranda isə bu işi yalnız Tərlan Sadıqov bacarır. Onun buna necə nail olduğunu və ustanın maraqlı işlərini videomuzda izləyin.

Lənkəranlı keramika ustası Tərlan Sadıqovun işləri arasında maraqlı tipajlara rast gəlmək olar. Çox vaxt o, ilhamı elə yaşadığı Lənkəranda rast gəldiyi insanlardan alır. Onun işləri arasında müxtəlif lənkəranlı nənə və ya çayçı personajlarına rast gəlmək adi haldır. Rəssam maraqlı saydığı cizgiləri daha da qabarıq göstərir, beləliklə də onları daha yaddaqalan edir.

Hal-hazırda Tərlan Sadıqov daha çox sifariş əsasında rəsmlər və suvenirlər hazırlayır. Onlar çox vaxt bir nüsxədə olduğu üçün, hazırladığı keramika işlərini müəyyən qəliblə deyil, özü əli ilə işləyir.

Bütün ailənin “çörək təknəsinə” çevrilən dulusçuluq>>

Onun işlərini daha yaxından videomuzda izləyin.

37

Rusiya dünyada koronavirus əleyhinə peyvəndi qeydiyyatdan keçirən ilk ölkə oldu

12
Vladimir Putin dünyada ilk koronavirus əleyhinə peyvəndin qeydiyyatdan keçdiyini elan edib. Preparat Rusiya Müdafiə Nazirliyinin və Qamaleya adına EMMTM-nın mütəxəssisləri tərəfindən birgə hazırlanıb və “Sputnik V” adını alıb.

Peyvənd müvəffəqiyyətlə könüllülər üzərində sınaqdan keçirilib.

Sınaq iştirakçıları qeyd ediblər ki, özlərini əla hiss edirlər və peyvənddən sonra heç bir yan təsir fərq etməyiblər. Həkimlərin sözlərinə görə, bütün könüllülərdə COVID-19 əleyhinə immunitet yaranıb, preparatın özü isə təhlükəsiz olduğunu sübut edib. Dünyanın bir çox ölkəsi də Rusiyanın yeni preparatı ilə maraqlanıblar, hal-hazırda preparatın digər ölkələrdə sınaqdan keçirilməsi və istehsal edilməsi mümkünlüyü müzakirə edilir. Rusiyanın Müdafiə Nazirliyi və Qamaleya adına Mərkəzin birgə işlərindən başqa, daha iki şirkət peyvəndin hazırlanması ilə məşğul olur. Novosibirskin “Vektor” Virusologiya və Biotexnologiya Dövlət Elmi Mərkəzi üç prototipin insanlar üzərində sınaqlarına artıq start verib. Sankt-Peterburqun Peyvənd və Serum Elmi Tədqiqat İnstitutu da peyvəndin hazırlanması ilə məşğuldur. Rusiyalıların kütləvi vaksinasiyası üçün preparatların ilk partiyasının artıq avqustun ortasında hazır olacağı gözlənilir.

12
Muse rok qrupu, arxiv şəkli

Dünyaca məşhur rok qrupu bu dəfə özünü kino sahəsində sınadı

0
(Yenilənib 00:00 14.08.2020)
Sözügedən film premyerası 17 avqustda kinoteatrlarda baş tutacaq. Filmin premyerası IMAX formatında olacaq.

BAKI, 13 avqust — Sputnik. Böyük Britaniyanın ən populyar rok qrupu "Muse" sirli virus haqqında film çəkib. Məşhur qrup yeni filmi rokla elmi fantastikanın sintezi şəklində çəkməyi qərara alıb.

Filmin rejissoru Lens Dreykdir. Süjet xətti isə paranormal hadisələrin mənbəyini öyrənən bir qrup alimin hekayəsinə əsaslanır.

Sözügedən film premyerası 17 avqustda kinoteatrlarda baş tutacaq. Filmin premyerası IMAX formatında olacaq. Daha sonra filmə 21 avqust tarixindən etibarən media platformalarında baxıla bilər.

"Bu layihəni çox uzun müddət hazırladığımız üçün inanılmaz dərəcədə həyəcan keçiririk" - deyə qrup öz instaqram səhifəsində qeyd edib.

Qeyd edək ki, qrup 1994-ci ildən fəaliyyət göstərir. Ötən il baş tutan musiqi turu çərçivəsində qrup dünyanın 28 şəhərində konsert verib. Bu, qrupun ən uzun davam edən musiqi turu olub.

0