Ənənəyə çevrilmiş klassika ilə sevilən Azərbaycan caz inciləri bir arada

7
(Yenilənib 15:05 25.10.2019)
Bakı Caz Festivalı çərçivəsində müxtəlif ölkələrin musiqiçiləri bir səhnəyə çıxmaqla maraqlı təcrübələr silsiləsini davam edir. Ötən gün isə azərbaycanlı trio rusiyalı saksofonçu ilə birgə çıxış edib. Konsertin necə keçdiyini isə videomuzda izləyin.

Beynəlxalq Bakı Caz Festivalı davam edir.

Beynəlxalq triodan həzin caz axşamı
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov

Bu dəfə azərbaycanlı trio Elbəy Məmmədzadə, Ruslan Hüseynov və Elvin Bəşirov rusiyalı saksofonçu və bəstəkar Andrey Konstantinovla səhnəni bölüşüb. Musiqiçilər artıq ənənəyə çevrilmiş klassika ilə hər kəsin sevdiyi Azərbaycan cazı inciləri arasında möhtəşəm harmoniya yarada biliblər.

Qeyd edək ki, Andrey Konstantinov XIV Bakı Caz Festivalı çərçivəsində “I am Jazzman” müsabiqəsinin intstrumentalist nominasiyasında birinci yer tutub.

Sputnik Azərbaycan Bakı Caz Festivalının informasiya tərəfdaşıdır.

7