"Türkiyə Dəməşqlə dialoqa başlayacaq" mütəxəssisdən proqnoz

80
(Yenilənib 15:27 17.10.2019)
Türkiyə artıq doqquzuncu gündür ki, Suriyada əməliyyatları davam etdirir. “Atlas” Araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlunun məsələ ilə bağlı şərhlərini videomuzda izləyin.

Bu gün Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu və digər politoloqlar Türkiyənin Suriyada apardığı hərbi əməliyyatları şərh ediblər.

Bir neçə gün bundan öncə Türkiyə səfərindən qayıdan Şahinoğlu məsələ ilə bağlı iki proqnoz irəli sürüb. Onun sözlərinə görə, məhz bu əməliyyatdan sonra İdlib şəhərinin terrorçulardan azad olunması və Türkiyənin Dəməşqlə dialoqa başlaması mümkündür. Politoloqun proqnozunu hansı arqumentlər üzərində qurduğunu videomuzda izləyin.

80
(2:08 / 13.71Mb / просмотров видео: 14)

İsrail səfiri Gəncədə: “Qurbanların başına gələnləri dinləmək ürəyimi ağrıdır”

12
(Yenilənib 18:58 22.10.2020)
İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncə şəhərinə baş çəkərək, erməni SQ-nin atdığı ballistik raketin törətdiyi fəsadlarla tanış olub, zərər çəkmişlərin ailələri ilə görüşüb. Daha ətraflı – videomuzda.

İsrailli diplomat Gəncə şəhərinə baş çəkib. Səfir Corc Dik Gəncədə erməni SQ-nin atdığı ballistik raketindən uçmuş evlərin qurbanları ilə görüşüb, onlara şəxsən öz və bütün İsrail dövlətinin başsağlığını çatdırıb.

“Mən qurbanların bəziləri ilə bu gün görüşdüm. Bəziləri ilə daha sonra tanış olacağam. Onların başına gələnləri dinləmək ürəyimi ağrıdır. Milli mənsubiyyət və inancından asılı olmayaraq, dinc əhaliyə qarşı hücumlar qəbuledilməzdir. Hər insanın həyatı vacibdir”, - deyə israilli diplomat mətbuata açıqlamasında deyib.

Corc Dik həm də İsrail-Azərbaycan münasibətlərindən danışıb. O, münasibətimizin dostluq üzərində qurulduğunu, tarixi köklərə dayandığını və özünü iqtisadiyyatın müxtəlif sayələrdə əməkdaşlığımızda büruzə verdiyini bəyan edib.

Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Oktyabrın 12-də isə yaralı şəxslərdən biri, 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.

Oktyabrın 17-də Ermənistan ordusunun Gəncəyə daha bir raket hücumu nəticəsində 4-ü uşaq olmaqla 16 nəfər dinc sakin həlak olub, 52 nəfər xəsarət alıb.

12
(1:53 / 15.19Mb / просмотров видео: 699)

Artilleriyaçılarımız Ermənistan SQ-nə dəqiq zərbələr endirməyə davam edir - VİDEO

58
Azərbaycan Ordusu torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə yenə də qarşı tərəfə sarsıdıcı zərbələr endirir.

Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edir. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən həmin görüntüləri təqdim edir:

Qeyd edək ki, daha əvvəl Müdafiə Nazirliyi yaydığı məlumatda bildirib ki, son günlər cəbhənin müxtəlif istiqamətlərində ağır zərbələr alan Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti döyüşlərdə iştirak etməkdən imtina edir: "Məlum olub ki, 543-cü alayın ehtiyat bölmələrinin hərbi qulluqçuları Dağlıq Qarabağa getməkdən imtina etdikləri üçün döyüş mövqelərinə kənd sakinləri cəlb edilib. Eyni zamanda yerli sakinlər övladlarının döyüşlərdə iştirak etməsinə etiraz əlaməti olaraq bəzi avtomobil yollarını bağlayıblar.

Hadrutdan şimaldakı müdafiə zolağında və Ağdərədəki 5-ci dağatıcı alayın müdafiə sahəsindəki hərbçilərə qohum və tanışları telefon vasitəsilə zəng edərək onlara silahı yerə qoyub geri çəkilmələri barədə çağırış edir. Bölmələrdə ərzaq, yanacaq və döyüş sursatlarının çatışmadığı barədə də məlumat verilir".

58
Milli Məclis

Milli Məclisin növbəti plenar iclasının vaxtı gündəliyi məlum olub

0
(Yenilənib 19:26 22.10.2020)
"Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" qanun layihəsinə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" və digər qanunlarda dəyişikliklərə baxılacaq

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, parlamentin iclası 27 oktyabrda keçiriləcək. İclasın gündəliyinə 8 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. "Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

4. "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5. Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

7. "Hərbi qulluqçuların statusu haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Yol hərəkəti haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Avtomobil yolları haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Dövlət qulluğu haqqında", "Psixiatriya yardımı haqqında", "Onkoloji yardım haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

8. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

0