“Yaraşıqlı”, “Centlmen” “Gülməli” Bakıda üç ispaniyalı maçodan görünməmiş şou

46
(Yenilənib 15:36 16.10.2019)
Bakı tamaşaçısı M.A.P. Beynəlxalq Teatr Festivalı çərçivəsində qeyri-adi performans izləmək imkanı əldə edib. 3 coşqun ispaniyalı əllərində gitara ilə komediyanı ən absurd səviyyəyə çatdırıb. Daha ətraflı – videomuzda.

Özlərini “El Guapo” (Yaraşıqlı), “El Gentelman” (Centlmen) və “El Grotesco” (Gülməli) adlandıran üç ispaniyalı Bakı tamaşaçısı üçün “haşiyələrdən bir az kənara çıxan” şou təqdim edib. Üç ispaniyalı maço həm gitara çaldı, həm dəlisov rəqslər nümayiş etdirdi, həm də tamaşaçılar ilə oynadı.

Bir sözlə, onlar Bakı əhlinə olduqca dəlisov, səsli-küylü axşam bəxş ediblər. Öz aramızda qalsın, amma bizim tamaşaçılar da onlardan heç də geridə qalmayıb. Necə? Bu hissəsini isə videomuzda izləyin.

Qeyd edək ki, performans oktyabrın 10-dan 20-dək “YARAT” Müasir İncəsənət məkanında keçirilən 3-cü M.A.P. (Music, Art, Performance) Beynəlxalq Teatr Festivalı çərçivəsində keçirilib.

46

Rusiyalı sülhməramlılar Laçın dəhlizində təhlükəsizliyə necə nəzarət edirlər video

48
(Yenilənib 15:04 26.11.2020)
Rusiyalı sülhməramlıların Laçın dəhlizi ilə nəqliyyat hərəkətinin təhlükəsizliyini necə təmin etdiyini videoda izləyin.

Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçtərəfli sülh razılığı və atəşkəs rejiminin təmin edilməsinə nəzarət edir. 

Hərbçilər təmas xəttində yerləşən 23 müşahidə məntəqəsindən vəziyyəti gecə-gündüz müşahidə edir. Sülhməramlılar həm də Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyini təmin edirlər.

Kəlbəcərə ilk daxil olan Azərbaycan hərbçiləri - FOTOLAR>>

İstehkamçılar hərbi əməliyyatlardan zərər çəkən əraziləri minalardan təmizləyirlər. Mühəndis bölmələri yolları təmizləyir, bölgədə nəqliyyat hərəkətinin tənzimlənməsinə yardım edir, habelə yaşayış məntəqələrinin su, enerji və istilik tədarükünü bərpa edir.

48

Qələbə xidmətçiləri: Gecə boyu bayraq tikib insanlara təmənnasız paylayan tovuzlu dərzilər

19
(Yenilənib 11:26 26.11.2020)
Tovuz rayonu Qovlar şəhərində yaşayan dərzilər müharibə başlayan andan hər gün bayraq tikərək insanlara təmənnasız paylayıblar. Dərzi Leyli Əliyevanın ən böyük arzusunun nə olduğunu isə videomuzda izləyin.

İndi bayrağımız ölkəmizin hər yerini bəzəyir. Kəndlərimizdə, ucqar qəsəbə və yaşayış məntəqələrində bayraqsız bir küçə, bir məkan da yoxdur. Bayraq tələbatının aradan qalxması yolunda dərzilərimizin də xidməti böyükdür. Tovuz rayon Qovlar şəhərində yaşayan dərzilər də müharibə dövründə hər gün bayraq tikərək təmənnasız paylayıblar.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan dərzi Leyli Əliyeva əvvəllər  bayraq tikmədiyini deyib. Lakin müharibə başlayan gündən bayrağa olan böyük tələbatı görüb digər sifarişlərini kənara ataraq yalnız bayraq tikməyə başladığını söyləyib.

“Bayraq bizim ləyaqətimizdi. Bayraq bizim şərəfimizdi. Müharibə başlayandan sonra gördüm ki, insanlar dükanlarda bayraq tapa bilmirlər. Tapanlar bahalığından şikayət edirlər. Mən də qərara gəldim ki, bu müharibəyə bacardığım qədər mən də köməkçi olum”, - deyə o, bizimlə bölüşüb.

Qələbə xidmətçisi ən böyük arzusunun tezliklə Qarabağa gedərək tikdiyi bayraqlardan birini Xurşidbanu Natəvanın qəbri üstünə sərmək olduğunu bildirib.

19
Kəlbəcərdə Azərbaycan hərbçiləri, arxiv şəkli

Ermənistan Xarici İşlər Nazirliyi Kəlbəcərdə baş verənlərlə bağlı məlumat yaydı

0
(Yenilənib 12:48 27.11.2020)
Delimitasiya və demarkasiya – uzun və kompleks prosesdir, o ölkələr arasında hökumətlərarası komissiya və işçi qrupları arasında dövlətlərarası danışıqlar əsasında həyata keçirilir, nəticədə isə müvafiq beynəlxalq sənəd imzalanır.

BAKI, 27 noyabr — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyi Kəlbəcərdə, Zod yatağında azərbaycanlı hərbçilərin iştirakı ilə baş verən insidenti şərh edib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Ermənistan XİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, döyüş növbəsinin həyata keçirilməsi üçün noyabrın 27-si Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında danışqılar baş tutub və danışıqlar zamanı müvəqqəti döyüş mövqelərinin faktiki yerləri dəqiqləşdirilib.

"Delimitasiya və demarkasiya – uzun və kompleks prosesdir, o ölkələr arasında hökumətlərarası komissiya və işçi qrupları arasında dövlətlərarası danışıqlar əsasında həyata keçirilir, nəticədə isə müvafiq beynəlxalq sənəd imzalanır", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, daha əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan bildirib ki, Azərbaycan hərbçiləri Ermənistanla sərhədi keçməyib.

O izah edib ki, Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə keçəndən sonra iki ölkə arasında sərhəd Zod yatağının ortasından keçir.

Qeyd edək ki, ötən gün Azərbaycan, Ermənistan, Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənistan dövlət sərhədində demarkasiya işlərinə başlayıblar.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

0
Teqlər:
sərhəd, Ermənistan XİN, Kəlbəcər