“Azərbaycan öz mövqeyini sözdə yox, hərəkətləri ilə sübut edir” rusiyalı deputat

384
(Yenilənib 16:00 10.10.2019)
Bakıda səfərdə olan Rusiya Dövlət Dumasının deputatı Leonid Kalaşnikov ölkələrimizin arasındakı dostluq bağından və Azərbaycanda rus dilinə olan münasibətdən danışıb. Daha ətraflı videomuzda izləyin.

Rusiya Dövlət Dumasının deputatı Leonid Kalaşnikov Bakıda səfərdədir. Sputnik Azərbaycan fürsətdən istifadə edərək ondan eksklüziv müsahibə alıb. Söhbət əsnasında Kalaşnikov ölkələrimiz arasındakı münasibətlərdə dövlət başçılarımızın rolundan danışıb.

“Mən deyərdim ki, ölkələrimizdə əlaqələrimizi bu cür səviyyəyə qaldırmağa malik digər insanlar tanımıram və “Valday” bunu bir daha nümayiş etdirdi”, - deyə rusiyalı deputat bildirib.

Vladimir Putin İlham Əliyevlə görüşdü: "Perspektivlərimiz yaxşıdır" – VİDEO>>

Bundan başqa o, həm də Azərbaycanda rus dilinə münasibətdən bəhs edib. Onun sözlərinə görə, Azərbaycan öz münasibətini yalnız sözdə deyil, hərəkətlərdə də göstərir. Rusiyalı siyasətçi Azərbaycanda 350-dən artıq rusdilli məktəbin olmasını yüksək qiymətləndirib.

384

Mən Corc Floydam: ABŞ-da başlayan etirazlar bütün dünyanı bürüyüb

7
(Yenilənib 18:51 04.06.2020)
Dünya hələ koronavirusdan özünə gələ bilməyib, indi də onu yeni pandemiya bürüyüb – etirazlar. Rasizm və polis etinasızlığına qarşı aksiyalar indi də bütün ölkələrdə keçirilir.

İlk öncə afroamerikalı Corc Floydun polis tərəfindən saxlanmasından sonra ölməsinə görə etirazlar insidentin baş verdiyi Minneapolis şəhərində başlayıb.

Qısa müddət ərzində onlar bütün ABŞ-ı bürüyüb, daha sonra isə ölkənin sərhədləri xaricinə də çıxıb. Yüzlərlə insan əllərində “Mən nəfəs ala bilmirəm” və “Ədalət yoxdursa, dünya da yoxdur” plakatlarıyla Niderland, İspaniya, Argentina, Böyük Britaniya və Almaniya küçələrinə axışıb. Yunanıstanda etiraz edənlər Amerika konsulluğu önündə ABŞ bayrağını yandırıblar. Kanada və Fransada etirazlar isə qiyamlarla nəticələnib, polislər etiraz edənləri yatırmaq üçün bibər qazından istifadə etməli olublar. Hadisə yerlərindən kadrları videomuzda izləyin.

7

“Tətillərin” şok effekti: “Sədərək” TM karantindən sonra yenidən canlanır video

19
(Yenilənib 18:00 04.06.2020)
Demək olar ki, iki ay yarımlıq fasilədən sonra Bakıda ən məşhur ticarət mərkəzi olan “Sədərək” yenidən işə düşüb. Karantindən sonra onun necə canlandığını videomuzda izləyin.

Karantinin yumşaldılması çərçivəsində 31 maydan ölkə ərazisində iri ticarət mərkəzləri və molların işinin bərpa edilməsi qərarı verilib. Düzdür, bəzi məhdudiyyətlər də qoyulub. Bakıda isə fəaliyyətini martın sonundan dayandırmış “Sədərək” və “Binə” iri ticarət mərkəzlərinin işə düşməsini səbirsizliklə gözləyirdilər.

“Həmişə Təmizlikdə” – Bakıda koronavirusla bağlı total dezinfeksiya
© Sputnik / Leyla Orucova / Kamilla Əliyeva / Taleh Mahmudov

Açılmazdan öncə bütün ticarət sahəsində dezinfeksiya işləri aparılıb. İnsanlar həmişə olduğu kimi çoxdur, amma satıcılar alış-verişin aşağı düşdüyündən gileylənirlər. Ona görə mərkəzləşmiş təmizlik işlərindən başqa, özləri də dezinfeksiya etməyə çalışır, alıcılarına maska paylayır, bütün səylərini işin yenidən canlanmasına yönəldirlər.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 1-dən ictimai nəqliyyat, bazar, ticarət obyektləri, dövlət idarələri və şəxsi müəssisələrdə maskaların taxılması məcburidir. Bu tələbin pozulmasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə ödəməli olacaqlar.

Buna baxmayaraq, Sputnik Azərbaycan-ın müşahidələri onu göstərib ki, vətəndaşlarımızın çoxu bu məsləhətə barmaqarası baxır.

19
Kənddə gün batımı, arxiv şəkli

Hava koronavirus arasında əlaqə varmı? Akademik izah edir

0
(Yenilənib 22:54 04.06.2020)
Koronavirusun yayılması havadan yox, insanların havaya reaksiyasından asılıdır. Bu barədə rusiyalı akademik Vadim Pokrovski Sputnik radiosuna müsahibəsində deyib.

BAKI, 4 iyun — Sputnik. Yayda istilərin düşməsinin koronavirusun yayılmasına necə təsir edəcəyi məsələsi fəal şəkildə müzakirə olunur. Tez-tez fikir söyləyirlər ki, isti və günəşli havada infeksiya daha zəif yayılır.

Havanın koronavirus infeksiyasının yayılmasına necə təsir göstərə biləcəyi barədə fikirlərini rusiyalı akademik Vadim Pokrovski Sputnik radiosu ilə müsahibəsində bölüşüb.

"Burada hava ilə birbaşa əlaqə yoxdur, amma yağışlı və soyuq havalarda insanlar sıx otaqlarda toplanırlar, yayda isə məsafə saxlayırlar, otaqlarda pəncərələr açıq olur və havalandırma yaxşı olur", - Pokrovski qeyd edib.

"Temperatur yox, insanlar arasında daha az ünsiyyətin olması virusu öldürür. Gözləmək olar ki, damcı hava yolu ilə ötürülən koronavirusun yayılması üçün ən yaxşı şərait payız və qış dövründə yaranacaq",- Pokrovski qeyd edib.

 

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Koronavirusun qəribə xüsusiyyəti aşkarlandı
Bu rəqəmlər heyrət doğurur: koronavirusa görə də uşağa bu qədər pul verərlər?
Əlli hərbçi dünyanı xilas etməyə razılıq verdi: Rusiya təhlükəli sınağa başlayır
Çin koronavirus peyvəndinə görə kliniki sınaqları tamamlayan ilk ölkə oldu
Rusiyada koronavirusa yoluxanların sayı 430 mini keçdi