ANAMA kimi tanınan Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi bu günə qədər 800 mindən artıq partlamamış sursat zərərsizləşdirib. Hal-hazırda Agentliyin ən təhlükəli sahəsi olan Partlamamış Hərbi Sursatların Zərərsizləşdirilməsi qrupu Ağstafa rayonu yaxınlığında Saloğlu kəndində zərərsizləşdirmə əməliyyatlarını həyata keçirir. Qrupun əməliyyat meneceri Mədəd Məmmədov bildirib ki, Agentlik bölgəyə gələnə qədər keçən 12 il ərzində səpələnmiş hərbi sursatla təmas nəticəsində 80 nəfərədək insan həyatını itirib, daha 100 insan əlil olub.
“Biz bu ərazilərdə işə başlayandan bu rəqəm sürətlə aşağı düşməyə başlayıb. Artıq uzun müddətdir itki və xəsarət sıfıra yaxınlaşıb”, - deyə M.Məmmədəv bölüşüb.
Qeyd edək ki, Agentlik 1998-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə yaradılıb.
Azərbaycanda vaksinasiya Çinin “CoronaVac” preparatından istifadə olunmaqla aparılır. Bu gün həmin preparat səhiyyə işçiləri və dövlət qurumlarında çalışanlar üzərində sınaqdan keçirildi. Daha sonra yaşı 65-dən yuxarı olan vətəndaşlar və hüquq-mühafizə orqanlarının pandemiyaya qarşı tədbirlərə cəlb olunmuş əməkdaşları peyvənd olunacaqlar.
Azərbaycanın tibb müəssisələrində peyvənd zonası yaradıldı - Reportaj >>
Qeyd edək ki, könüllü şəkildə peyvənd olunmaq istəyən vətəndaşlar bunun üçün elektron sistem vasitəsilə yaşayış yerlərinə ən yaxın tibb məntəqəsini və vaxtı seçməlidir. Lakin bundan əvvəl sahə həkiminin qəbulunda olmaq vacibdir.
BAKI, 18 yanvar — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Ağdam rayonunun Xıdırlı kəndindən videogörüntülər hazırlayıb.
Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.
BAKI, 18 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunacaq.
Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.
Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.