Öz meydançasında oynaya bilməyən komanda Britaniyalı jurnalist “Qarabağ” FK haqqında

1413
(Yenilənib 10:51 03.10.2019)
Bu gün “Qarabağ” Futbol Klubu Avropa Liqasının qrup mərhələsindən keçmək üçün Lüksemburq komandası olan “Düdelanj”a qarşı oynayacaq. Komandanı dəstəkləyən britaniyalı jurnalist İan Piertin onları dünyaya tanıtmaq cəhdlərini isə videomuzda izləyin.

Bir vaxtlar komandalarımızın uduzmağına o qədər vərdiş olmuşduq ki, onların oyunlarını gözləmək, onlara dəstək olmaq üçün stadiona getmək ağlımızdan keçməzdi. Amma indi bir çox klubumuz bizə həyəcan, sevinc göz yaşları, bəzən isə kədər üçün istədiyimizdən də çox səbəb verir.

Bu klubların arasında “Qarabağ” xüsusi yer tutur. Hazırda Avropa Liqasında qrup mərhələsindən keçmək üçün  yarışan heyət bütün dünyada “öz meydançasında oynaya bilməyən komanda” kimi tanınıb.

Bu tanıtımda bilavasitə rol oynayan britaniyalı jurnalist İan Piert deyir ki, futbol və bu cür tarixçələr Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün ən yaxşı vasitədir.

“Özünüz təsəvvür edin. Öz doğma futbol meydançasından bombalarla qovulmuş bir komanda indi Milan, Madrid və London kimi şəhərlərdə oynayır”, deyə İan fikrini bizimlə bölüşür.

Biz isə klubumuza ədalətli oyun və bol-bol qol arzulayırıq. Təbii ki, bizim qapımıza yox.

1413