Azərbaycanda Aşura Bütün ölkə üzrə qanvermə aksiyaları keçirilir

73
(Yenilənib 12:59 10.09.2019)
Bu gün Azərbaycanda Məhərrəm ayının 10-cu günü olan Aşura qeyd olunur. Respublika üzrə 32 məntəqədə qanvermə aksiyası keçirilir. Daha ətraflı videomuzda izləyin.

Bu gün Azərbaycanda müsəlmanlar Məhərrəm ayının Aşura gününü qeyd edirlər. Bu günün əsas məqsədi Hicri təqvimi ilə 61-ci ildə Kərbəla döyüşündə şəhid düşmüş İmam Hüseyn və silahdaşlarını yad etməkdir.

Ənənəvi olaraq bütün respublika üzrə bu günü yad etmək üçün qanvermə aksiyası keçirilir. Tədarük olan qan və qandan hazırlanan preparatlar hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, sentyabrın 1-dən başlayan Məhərrəm ayı sentyabrın 29-da bitəcək.

73

Mən Corc Floydam: ABŞ-da başlayan etirazlar bütün dünyanı bürüyüb

8
(Yenilənib 18:51 04.06.2020)
Dünya hələ koronavirusdan özünə gələ bilməyib, indi də onu yeni pandemiya bürüyüb – etirazlar. Rasizm və polis etinasızlığına qarşı aksiyalar indi də bütün ölkələrdə keçirilir.

İlk öncə afroamerikalı Corc Floydun polis tərəfindən saxlanmasından sonra ölməsinə görə etirazlar insidentin baş verdiyi Minneapolis şəhərində başlayıb.

Qısa müddət ərzində onlar bütün ABŞ-ı bürüyüb, daha sonra isə ölkənin sərhədləri xaricinə də çıxıb. Yüzlərlə insan əllərində “Mən nəfəs ala bilmirəm” və “Ədalət yoxdursa, dünya da yoxdur” plakatlarıyla Niderland, İspaniya, Argentina, Böyük Britaniya və Almaniya küçələrinə axışıb. Yunanıstanda etiraz edənlər Amerika konsulluğu önündə ABŞ bayrağını yandırıblar. Kanada və Fransada etirazlar isə qiyamlarla nəticələnib, polislər etiraz edənləri yatırmaq üçün bibər qazından istifadə etməli olublar. Hadisə yerlərindən kadrları videomuzda izləyin.

8

“Tətillərin” şok effekti: “Sədərək” TM karantindən sonra yenidən canlanır video

22
(Yenilənib 18:00 04.06.2020)
Demək olar ki, iki ay yarımlıq fasilədən sonra Bakıda ən məşhur ticarət mərkəzi olan “Sədərək” yenidən işə düşüb. Karantindən sonra onun necə canlandığını videomuzda izləyin.

Karantinin yumşaldılması çərçivəsində 31 maydan ölkə ərazisində iri ticarət mərkəzləri və molların işinin bərpa edilməsi qərarı verilib. Düzdür, bəzi məhdudiyyətlər də qoyulub. Bakıda isə fəaliyyətini martın sonundan dayandırmış “Sədərək” və “Binə” iri ticarət mərkəzlərinin işə düşməsini səbirsizliklə gözləyirdilər.

“Həmişə Təmizlikdə” – Bakıda koronavirusla bağlı total dezinfeksiya
© Sputnik / Leyla Orucova / Kamilla Əliyeva / Taleh Mahmudov

Açılmazdan öncə bütün ticarət sahəsində dezinfeksiya işləri aparılıb. İnsanlar həmişə olduğu kimi çoxdur, amma satıcılar alış-verişin aşağı düşdüyündən gileylənirlər. Ona görə mərkəzləşmiş təmizlik işlərindən başqa, özləri də dezinfeksiya etməyə çalışır, alıcılarına maska paylayır, bütün səylərini işin yenidən canlanmasına yönəldirlər.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 1-dən ictimai nəqliyyat, bazar, ticarət obyektləri, dövlət idarələri və şəxsi müəssisələrdə maskaların taxılması məcburidir. Bu tələbin pozulmasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə ödəməli olacaqlar.

Buna baxmayaraq, Sputnik Azərbaycan-ın müşahidələri onu göstərib ki, vətəndaşlarımızın çoxu bu məsləhətə barmaqarası baxır.

22
Anna Popova, arxiv şəkli

Rospotrebnadzor-un rəhbəri: "Yeni pandemiya qaçılmazdır"

3
(Yenilənib 23:49 04.06.2020)
Popova əlavə edib ki, hələlik pandemiyanın kimə toxunacağı bəlli deyil, lakin ona reaksiya planı hazır olmalıdır.

BAKI, 4 iyun — Sputnik. Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin rəhbəri (Rospotrebnadzor) Anna Popova yeni pandemiya qaçılmaz hesab edir. Bu barədə Sputnik Azərbaycan RBK-ya istinadən xəbər verir.

Popovanın sözlərinə görə, koronavirusla mübarizə təcrübəsi gələcək addımların alqoritmini araşdırmağa imkan verir.

O bildirib ki, yeni növ pandemiyanın meydana çıxması "bu və ya digər formada tamamilə aydındır". Popova əlavə edib ki, hələlik pandemiyanın kimə toxunacağı bəlli deyil, lakin ona reaksiya planı hazır olmalıdır.

Bir sutka ərzində Rusiyanın 84 regionunda 8536 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 178 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 432277-yə çatıb. Rusiyada pandemiya yayılandan 5215 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8972 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 195957-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 6,3 milyonu keçib, 380 mindən çox adam isə virus səbəbilə ölüb.

3
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Koronavirusa qarşı "milli" mübarizə: kişi arvadını yaba ilə "sağaltmaq" istədi
Koronavirus əleyhinə daha bir mübarizə metodu - deyin, "pendir..."
Bu rəqəmlər heyrət doğurur: koronavirusa görə də uşağa bu qədər pul verərlər?
Azərbaycanda koronavirus: sərt karantinə səbəb olan rəqəmlər açıqlandı
Hava və koronavirus arasında əlaqə varmı? Akademik izah edir