Musiqiyə bənzər sənət Dəmirçi emalatxanasına səyahət

64
(Yenilənib 15:26 09.09.2019)
Tovuz rayonu Çeşməli kənd sakini Sərxan Mirzəyev böyük bir bölgənin dəmirçilik tələbatını tək ödəyir. Onun dəmir parçasını necə ram edib müxtəlif məmulatlara çevirdiyini videomuzda izləyin.

Alov, çəkic, zindan və közərmiş dəmirdən çıxan səslər sanki öz musiqisini bəstələyir, heç nəyə bənzəməyən ritmini yaradır. Və bu ritmin müşayiəti altında Sərxan Mirzəyev əli çəkic tutandan dəmir parçalarını ram edir, onlara müxtəlif forma qazandırır.

Sənətkar böyük bir bölgənin dəmirçilik məmulatlarına tələbatını tək ödəyir. İşinin çətinliklərini sözlə ifadə edə bilməyən həmsöhbətimiz onu canlı olaraq bölgə müxbirimizə nümayiş etdirib.

64

Mən Corc Floydam: ABŞ-da başlayan etirazlar bütün dünyanı bürüyüb

8
(Yenilənib 18:51 04.06.2020)
Dünya hələ koronavirusdan özünə gələ bilməyib, indi də onu yeni pandemiya bürüyüb – etirazlar. Rasizm və polis etinasızlığına qarşı aksiyalar indi də bütün ölkələrdə keçirilir.

İlk öncə afroamerikalı Corc Floydun polis tərəfindən saxlanmasından sonra ölməsinə görə etirazlar insidentin baş verdiyi Minneapolis şəhərində başlayıb.

Qısa müddət ərzində onlar bütün ABŞ-ı bürüyüb, daha sonra isə ölkənin sərhədləri xaricinə də çıxıb. Yüzlərlə insan əllərində “Mən nəfəs ala bilmirəm” və “Ədalət yoxdursa, dünya da yoxdur” plakatlarıyla Niderland, İspaniya, Argentina, Böyük Britaniya və Almaniya küçələrinə axışıb. Yunanıstanda etiraz edənlər Amerika konsulluğu önündə ABŞ bayrağını yandırıblar. Kanada və Fransada etirazlar isə qiyamlarla nəticələnib, polislər etiraz edənləri yatırmaq üçün bibər qazından istifadə etməli olublar. Hadisə yerlərindən kadrları videomuzda izləyin.

8

“Tətillərin” şok effekti: “Sədərək” TM karantindən sonra yenidən canlanır video

19
(Yenilənib 18:00 04.06.2020)
Demək olar ki, iki ay yarımlıq fasilədən sonra Bakıda ən məşhur ticarət mərkəzi olan “Sədərək” yenidən işə düşüb. Karantindən sonra onun necə canlandığını videomuzda izləyin.

Karantinin yumşaldılması çərçivəsində 31 maydan ölkə ərazisində iri ticarət mərkəzləri və molların işinin bərpa edilməsi qərarı verilib. Düzdür, bəzi məhdudiyyətlər də qoyulub. Bakıda isə fəaliyyətini martın sonundan dayandırmış “Sədərək” və “Binə” iri ticarət mərkəzlərinin işə düşməsini səbirsizliklə gözləyirdilər.

“Həmişə Təmizlikdə” – Bakıda koronavirusla bağlı total dezinfeksiya
© Sputnik / Leyla Orucova / Kamilla Əliyeva / Taleh Mahmudov

Açılmazdan öncə bütün ticarət sahəsində dezinfeksiya işləri aparılıb. İnsanlar həmişə olduğu kimi çoxdur, amma satıcılar alış-verişin aşağı düşdüyündən gileylənirlər. Ona görə mərkəzləşmiş təmizlik işlərindən başqa, özləri də dezinfeksiya etməyə çalışır, alıcılarına maska paylayır, bütün səylərini işin yenidən canlanmasına yönəldirlər.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 1-dən ictimai nəqliyyat, bazar, ticarət obyektləri, dövlət idarələri və şəxsi müəssisələrdə maskaların taxılması məcburidir. Bu tələbin pozulmasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə ödəməli olacaqlar.

Buna baxmayaraq, Sputnik Azərbaycan-ın müşahidələri onu göstərib ki, vətəndaşlarımızın çoxu bu məsləhətə barmaqarası baxır.

19
 İstanbulda epidemioloji vəziyyət

Qardaş ölkədən üzücü xəbər

0
(Yenilənib 23:22 04.06.2020)
Türkiyənin Səhiyyə nazirinin sözlərinə görə, rusiyalı həkimlər Türkiyədə tətbiq olunan COVID-19 müalicəsinin effektiv olduğunu qeyd edirlər

BAKI, 4 iyun — Sputnik. Türkiyədə bir sutka ərzində minədək insanda yeni tip koronavirusa yoluxma faktı aşkarlanıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

“Bu gün 988 vətəndaşımızda koronavirus təsbit olundu. Beləliklə, yoluxanların ümumi sayı 167410-a çatdı. Sutka ərzində 21 xəstəmizi itirdik. Ümumilikdə ölənlərin sayı 4630-dur. Bu gün 926, ümumilikdə isə 131778 xəstəmiz sağalıb”, - deyə nazir Twitter-də yazıb.

Qeyd edək ki, Türkiyə Rusiya ilə birlikdə koronavirus əleyhinə vaksin hazırlamaq niyyətindədir. Türkiyənin Səhiyyə nazirinin sözlərinə görə, rusiyalı həkimlər Türkiyədə tətbiq olunan COVID-19 müalicəsinin effektiv olduğunu qeyd edirlər. Ona görə də Rusiya və Türkiyə səhiyyə nazirlikləri ilə əməkdaşlıq edən müəssisələr preparatı birlikdə hazırlayacaqlar.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirus epidemiyasını pandemiya elan edib. Dünyada 6.2 milyondan çox insanı yoluxdüran virusun səbəb oldğu COVID-19 xəstəliyindən 380 mindən çox adam ölüb.

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Koronavirus əleyhinə daha bir mübarizə metodu - deyin, "pendir..."
Dünyada ilk dəfə Türkiyədə suda koronavirus olması araşdırılır
Koronavirusun qəribə xüsusiyyəti aşkarlandı
Hava və koronavirus arasında əlaqə varmı? Akademik izah edir
Azərbaycanda koronavirus: sərt karantinə səbəb olan rəqəmlər açıqlandı