Fövqəladə Hallar Nazirliyi başında helikopterdən kadrlar

83
(Yenilənib 17:40 27.08.2019)
Avqust ayında Azərbaycanın 10-a yaxın bölgəsində meşə yanğınları qeydə alınıb. Yanğınların, demək olar ki, hamısı söndürülüb. Yalnız Oğuz rayonunda yanğının söndürülməsi işləri davam edir. FHN-in helikopterindən yanmış ərazilərin necə göründüyünü videomuzda izləyin.

Qəbələ və Oğuz rayonlarının sərhədində avqustun 23-də başlamış yanğın artıq lokallaşdırılıb. Qəbələ rayonunda qeydə alınan yanğın tamamilə söndürülüb.

Hirkan Milli Parkındakı yanğın necə söndürülür
© Sputnik / Rahim Zakiroğlu / Leyla Orucova

Yalnız Oğuz rayonu Xaçmaz kəndi və Seyrandərə ərazilərində iki ocaq aktiv olaraq qalır.

Sputnik Azərbaycan-ın bölgə müxbiri FHN komandası ilə birgə helikopterdə yanğınsöndürmə əməliyyatında iştirak edib və bu ərazilərin səmadan necə göründüyünü lentə ala bilib.

Fövqəladə Hallar Nazirliyi Daxili xidmət general mayoru Fizuli Əsədovun sözlərinə görə ölkədə baş verən meşə yanğınlarında insan tələfatı faktı qeydə alınmayıb. Hal-hazırda Oğuz rayonunda aktiv olan iki ocaq üzərində işlər davam edir. Yanğının tez bir zamanda söndürüləcəyi gözlənilir.

83

Ölməyən futbol sevdası: Məzarı üstə sevimli komandasının təmsil edilməsini istəyən şəhid

6
(Yenilənib 14:09 01.12.2020)
Kapitan Fərid Dursunov sağ ikən vəsiyyət etmişdi ki, şəhid olsa məzarına Azərbaycan bayrağı ilə yanaşı, Türkiyənin Qalatasaray futbol klubunun bayrağı da sancılsın. Dostları isə şəhidin bu arzusunu yerdə qoymayıblar. Daha ətraflı – videomuzda.

Qaxın Qorağan kəndindən olan kapitan Fərid Dursunov sentyabrın 28-də Daşkəsən istiqamətində şəhid olub. O, sağ ikən Türkiyənin “Qalatasaray” futbol klubunu o qədər sevirmiş ki, şəhid olsa, dostlarına məzarı üstə Azərbaycan bayrağı ilə yanaşı, azarkeşi olduğu futbol klubunun bayrağının da sancılmasını vəsiyyət edib.

Ayağını itirdiyi halda yenidən cəbhəyə can atan qazi – video
© Sputnik / Leyla Abdullayeva / Leyla Orucova

Dostları isə şəhidin ruhunu şad etmək üçün onun sözünü yerdə qoymayıblar. Bundan xəbər tutan Türkiyə klubunun rəsmiləri şəhidin bu qeyri-adi istəyinə reaksiya verib, şəhidin atası Fazil Dursunovla əlaqə saxlayıblar. Klub prezidentinin köməkçisi Yusuf Günay Dursunovlar ailəsinə baş sağlığı verib, klub rəsmilərinin mütləq şəhidimizin məzarını ziyarət edəcəklərini bildirib. Bundan başqa, o söz verib ki, klubun növbəti matçların birində, futbolçular sahəyə üzərində “Fərid” yazılmış forma ilə çıxacaq.

Maraqlısı odur ki, Fərid evin yeganə hərbçisi deyil. Onun iki kiçik qardaşı da bir vaxtlar Fəriddən ilhamlanaraq hərbçi olmaq istəyiblər. Hal-hazırda hər ikisi cəbhə bölgəsində xidmətlərini davam etdirir. Fəridin həyat yoldaşına son sözləri isə geridə buraxdığı iki oğlu ilə bağlı olub. O, yoldaşı Məryəm Dursunovadan onlara göz bəbəyi kimi baxmağı xahiş edib.

6

Sülhməramlı kontingent üçün növbəti maddi-texniki təminat vasitələri gətirilib - VİDEO

21
(Yenilənib 21:01 30.11.2020)
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, dəmir yolu ilə gətirilən yük müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti üçün noyabrın 30-da növbəti maddi-texniki təminat vasitələri ölkəmizə gətirilib.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, dəmir yolu ilə gətirilən yük müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb

21
Teqlər:
dəmiryolu, Rusiya, Azərbaycan, sülhməramlılar
OPEC-in loqosu, arxiv şəkli

“OPEC+” nazirlərinin iclasının vaxtı dəyişib

0
(Yenilənib 16:32 01.12.2020)
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur

BAKI, 1 dekabr — Sputnik. Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan "OPEC plus" ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3 dekabr tarixinə dəyişdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirləri tərəfindən "Əməkdaşlıq Bəyannaməsi"ndən irəli gələn məsələlər üzrə müzakirələr keçiriləcək.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur.

0
Teqlər:
nazirlər, OPEC, Müzakirələr