Bir göz qırpımında: Bizim qoçaqlar mümkün olmayanı etdilər

728
(Yenilənib 17:12 18.08.2019)
Azərbaycan tankçıları “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının son günündə “Tank biatlonu” müsabiqəsində 23 ölkə arasında 4-cü yerə çıxıblar

Moskva ətrafındakı "Alabino" poliqonunda avqustun 17-də "Tank biatlonu" müsabiqəsinin finalı keçirilib.

Müsabiqədə Rusya ekipajı qalib gəlib. Onlar rekord vaxt göstəriblər – 1 saat 33 dəqiqə. İkinci yeri tutmuş Belarus tankçıları 1 saat 41 dəqiqə vaxt göstəriblər. Üçuncu yeri tutan Qazaxıstan təmsilçiləri onlardan 5 dəqiqə zəif olublar.

Azərbaycan tankçıları onlardan 8 dəqiqə sonra finişə çatıblar. Lakin bu göstərici həmyerlilərimiz üçün nailiyyət sayılmalıdır. Onlar ilk dəfə olaraq "Tank biatlonu"nun finalına çıxıblar. Baxacağınız videoda heyətinə Müşfiq Hüseynovun rəhbərlik etdiyi Azərbaycan tankı sarı rəngdədir. Tankçılarımız həm sürətdə, həm də atəş açmaqda yüksək məharət göstəriblər. 

Qeyd edək ki, yüksək sürət və manevr qabiliyyəti nümayiş etdirən T-72 B3 tankının 46 ton çəkisi var. Bu tank əbəs yerə Rusiya Silahlı Qüvvələrinin yarış tankı adını almayıb.

"Tank biatlonu" yarışı 2013-cü ildən keçirilir. İlk yarışda cəmi 4 ölkə iştirak edib. Hər il iştirakçıların sayı artır. Bu il artıq 23 dövlət iştirakçı olub. 

728

“Kirpi” davamçıları: Azərbaycanın yeni nəsil karikaturaçısı

0
(Yenilənib 14:15 02.07.2020)
Karikatura çizimləri ilk baxışdan sadə görünsə də, hər birinin yaradılması sadəcə rəsm çəkmək qabiliyyəti deyil, həm də sosial və siyasi vəziyyətə bələd olmağı tələb edir. Gənc karikaturaçının nə üçün məhz bu sənət növünü seçdiyini videomuzda izləyin.

Cavad Qaffar üçün uşaqlığın ən böyük əyləncələrindən biri rəsm çəkmək olub. Hətta xüsusi günlərində ən çox aldığı hədiyyələr məhz kağız, qələm, boya və karandaş olub. Məktəbdə əlinə türk karikatura jurnalı keçib və o, ondan bu sənət növü ilə maraqlanmağa başlayıb.

“Onsuz da mən rəsm çəkəndə, çəkdiyim insanların hekayələrini qururdum. Fikirləşdim ki, niyə də mən bu hekayələri balon şəklində öz rəsmlərimdə istifadə etməyim”, - deyə Cavad bizimlə bölüşüb.

Gənc karikaturaçı hal-hazırda sənətində heç bir mənfi cəhət görmür, bu cəhətləri görmür belə. Onun fikrincə, bu janrda heç bir qəlib yoxdur və insan istədiyi tərzdə istədiyi mesajı çatdırmaq imkanına malikdir. Buna görə də karikatura onu 10 ildir ki, ilk gün kimi cəlb edir.

Karikatura siyasətlə əl-ələ getməsinə baxmayaraq, Cavad bu mövzulara toxunmağı sevmir. O, daha çox tarixi və dini mövzulara müraciət etməyə üstünlük verir.

“Bu mövzuları insanların hisslərinə toxunmadan işləmək olduqca çətindir. Mütləq diplomat olmalı və mövzunun həssaslığını anlamalısan. Maraqlısı odur ki, məhz dini mövzularda işlədiyim karikaturalar daha çox reaksiya doğurur”, - deyə rəssam danışıb.

Cavad bir neçə il Türkiyədə tanınmış karikatura jurnalları ilə əməkdaşlıq edib. Onun imzası ilə çəkilmiş çizimlərə hələ də bir çox türk saytında rast gəlmək olar. İndi isə onun fikri yalnız bir məqsədə yönəlib. O, Azərbaycanda cizgi roman mədəniyyətinin formalaşmasını istəyir.

“Özümü komiks çizimlərində sınamaq istəyirəm. Azərbaycanda bu ideya yeni deyil. Artıq bir neçə təqdirəlayiq təşəbbüs olub, müəyyən addımlar atılıb. Amma bunlar rezonans doğurmayıb. İlk addımların da dərhal uğur qazanacağına zəmanət yoxdur. Amma bu mədəniyyətin formalaşmasında iştirak etmək, öz imzam altında cizgi romanlarını dərc etmək istərdim”, - deyə Cavad arzularından danışıb.

Əli qanla oynayan azərbaycanlı qız: "Yaşlılar məni satanist adlandırırlar">>

Azərbaycanın ən məşhur satirik jurnalı “Kirpi” 1952-ci ildə nəşr edilməyə başlayıb. Karikatura janrını ölkədə populyarlaşdırıb və bu sahədə yeni ənənələrin yaranmasına səbəb olub. Müxtəlif nəsillərə mənsub olan peşəkar karikaturaçı rəssamları bir araya gətirə bilib. İndi isə yeni nəslin rəsamları bu qürurlu işi davam etdirirlər.

0

Rusiya Konstitusiyana dəyişikliklər üçün səsvermə: MDB ölkələrində seçki necə keçib

4
(Yenilənib 14:14 02.07.2020)
Ümumi Rusiya üzrə RF Konstitusiyasına dəyişikliklər üzrə səsvermə 1 iyulda tamamlanıb. Tarixdə birinci dəfə səsvermə bir həftə ərzində baş verib - 25 iyundan etibarən.

Seçki dairələri bütün ölkə üzrə açıq olub. Amma xaricdə, xüsusilə də keçmiş SSRİ ölkələrində yaşayan Rusiya vətəndaşlarına da səsvermə hüququndan istifadə etmək imkanı yaradılıb. Koronavirus pandemiyasına görə hər yerdə əlavə sanitar tədbirlər tətbiq edilib. Maska və əlcək taxmaq, sosial məsafə gözləmək mütləq idi. MDB ölkələrində seçkilərin necə keçdiyini videomuzda izləyin.

4
Günəş, arxiv şəkli

Yunanıstanda maraqlı təbiət hadisəsi baş verib

0
"Günəş iti" kimi bir fenomenal hadisəni demək olar ki, xüsusilə yaxşı havalarda dünyanın hər yerində görmək mümkündür.

BAKI, 2 iyul — Sputnik. Yunanıstanda "Günəş iti" adlanan nadir bir təbiət hadisəsi baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, hadisənin video görüntüsü "Youtube"-da paylaşılıb. Videoda Günəşin su üzərində dayandığı an təsvir olunur. Göy gövdəsi yarıya qədər buludla örtülüb. Nəticədə günəşin "ikiqat olması" xəyalı yaranır. "Günəş iti" kimi bir fenomenal hadisəni demək olar ki, xüsusilə yaxşı havalarda dünyanın hər yerində görmək mümkündür.

Xatırladaq ki, kameralar 2019-cu ilin dekabrında Amerikanın Missuri ştatındakı Sent-Luis şəhəri üzərində səmada Yer atmosferinə daxil olan meteoru çəkmişdi.

0
Teqlər:
Günəş, Yunanıstan