Misgər emalatxanasında bir gün

55
(Yenilənib 00:20 14.08.2019)
Lahıc misgərlərinin əl işləri çoxdan dillər əzbəri olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri isə bu gözəlliyi öz gözləri ilə görmək fikrinə düşüb.

Nəzər Əliyev bütün həyatı boyu misgərliklə məşğul olub. O bu sənəti öz ata-babalarından öyrənib. Misgər bildirir ki, hər usta bu sənəti övladlarına ötürməyi özünə borc bilməlidir.

Nəzər usta danışır ki, daha öncələr məişət əşyalarına tələbatın olmasına baxmayaraq, hal-hazırda insanları daha çox bəzək əşyaları və suvenirlər maraqlandırır. Məhz buna görə də Lahıc ustaları bəzək əşyalarının hazırlanmasına üstünlük verirlər.

Həmsöhbətimiz həm də bildirir ki, misgərlərin sayının getdikcə azalmasına baxmayaraq, bu sənət sentyabr ayından peşə məktəblərində tədris edilməyə başlanacaq.

55

ABŞ Rusiya Çini suriyalıları “acından öldürmək” təşəbbüsü üçün cəzalandırmaq istəyir

9
(Yenilənib 14:24 10.07.2020)
ABŞ-ın dövlət katibi əmindir ki, Rusiya və Çini BMT-də veto hüququndan sui-istifadə etdiyinə görə cəzalandırmaq lazımdır. Bundan öncə ölkələr Suriyaya humanitar yardım üzrə qətnaməni bloklamışdı.

Belçika və Almaniya Türkiyə və Suriya Ərəb Respublikası arasında sərhəddə iki nəzarət-buraxılış məntəqəsini saxlamağı təklif etdiyi halda, Moskva və Pekin bununla razılaşmayıb. Rusiya isə öz qətnamə layihəsini təklif edib. Bu vəziyyətdə amerikalıların nə üçün narazı qaldıqlarını isə videomuzda izləyin.

9

Azərbaycanda heç kimin dadına baxmadığı giləmeyvə: İlk cır mərsin plantasiyası

1846
(Yenilənib 15:36 09.07.2020)
Azərbaycanda ilk dəfə cır mərsin yetişdirilməyə başlanıb. Bunun neçə ilə ərsəyə gəldiyini, ölkəmiz üçün qeyri-adi olan bu giləmeyvənin necə göründüyünü videomuzda izləyin.

Bakı şəhər sakini İlyas Əhmədov Azərbaycanda, demək olar ki, heç kimin dadına baxmadığı giləmeyvə yetişdirmək qərarına gəlib. İlk plantasiyanı Siyəzən rayonunda salan Əhmədov ilk üç ili ədəbiyyatı tədqiq etməyə və müxtəlif cür sortlarla sınaq aparmağa sərf edib.

“Azərbaycan iqlimi və suyu ilə hansı çeşidlərin yetişəcəyi bəlli olmadığına görə ilk iki ildə iki hektar ərazidə 11 müxtəlif çeşid əkdik. Və gördüyünüz kimi, bu il biz artıq ilk meyvələri yığmağa başladıq”, - deyə plantasiya sahibi Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə bölüşüb.

Bitki üçün bütün gərəkli materiallar – torpaqdan tutmuş avadanlığa qədər Latın Amerikası ölkələrindən gətirilib. Plantasiya işçilərinin "mavigilə" adlandırdığı ilk meyvə hal-hazırda Bakı bazarlarına göndərilib və 125 qramı 2 manat 90 qəpiyə təklif edilir. Əhmədov özü etiraf edir ki, alıcılar ilk öncə meyvəni tanımadığı və qiymətin yüksək olduğunu deyiblər. Amma bunun da öz səbəbləri var.

“Bu, olduqca “şıltaq” bitkidir və çətin ərsəyə gəlir. Bir kilo bitkidən birinci ildə maksimum 300-400 qram yığmaq olar. Bu giləmeyvənin əziyyəti də çoxdur. Bütün işlər əl ilə görülür. Meyvə azot sevmədiyi üçün yetişdirilməsində heç bir gübrədən istifadə edilmir. Tamamilə orqanikdir”, - deyə plantasiya sahibi açıqlayıb.

Giləmeyvə xərçəng, şəkər və göz xəstəliklərinin müalicəsində istifadə edilir. Tərkibində digər giləmeyvələrlə müqayisədə antioksidant daha çoxdur.

Hal-hazırda isə plantasiyada 25-ə yaxın insan çalışır. Əhmədov gələcəkdə bazar qiymətini aşağı salmaq və giləmeyvəni bir deyil, üç mövsümdə təklif etmək üçün 10 hektar torpaqda cır mərsin əkməyə başlayıb. Gələcəkdə isə Azərbaycan üçün qeyri-adi olan digər giləmeyvələri yetişdirməyi planlaşdırır.

1846
 Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko Belarusun dağılması təhlükəsindən danışdı

0
(Yenilənib 00:23 11.07.2020)
Prezident eyni zamanda vurğulayıb ki, Belarusda dəyişikliklər "Maydandan deyil, Konstitusiyadan" gəlməlidir

BAKI, 10 iyul — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin dağılması təhlükəsi olduğunu bəyan edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Lukaşenko yerli KİV-lərlə görüşündə ölkənin suverenliyinin qorunmasının əsas məqsəd olduğunu bildirib.

"Yalnız mənim deyil, bizim öz əllərimizlə qurduğumuz hər şeyin sabah dağılmasını və kiminsə gəlib, eksperimentlər həyata keçirməsini istəmirəm", - deyə Lukaşenko vurğulayıb.

Prezident eyni zamanda vurğulayıb ki, Belarusda dəyişikliklər "Maydandan deyil, Konstitusiyadan" gəlməlidir.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkisi keçiriləcək. Seçki kampaniyası zamanı müxalifətin bəzi liderləri və namizəd Viktor Babariko tutulub. Belarus DİN vurğulayır ki, onlar siyasi fəaliyyətinə görə deyil, kütləvi tədbirlər zamanı asayişin pozulmasına görə saxlanılıblar.

0
Əlaqədar
Lukaşenko anons etdi – İqtisadi, ekoloji problemlər kəskinləşəcək
Lukaşenko qələbə paradında - Moskvanı vətəninin paytaxtı adlandırdı
Lukaşenko bəyan etdi: "Koronavirus üzərində qələbə çaldıq"
Kreml: Belarusdakı seçkilərə müdaxilə etməyə hazırlaşmırıq
Lukaşenko xəbərdarlıq edib: Belarus ərazisinin bir hissəsini itirə bilər