“Tamaşaçı yerli kanallara niyə baxmalıdır” Ekspertlər yerli telejurnalistika haqqında

183
(Yenilənib 16:48 23.07.2019)
Bu gün Sputnik Azərbaycan-ın Beynəlxalq Multimedia Mətbuat Mərkəzində müasir telejurnalistikanın problemləri, onların həlli yolları və perspektivləri müzakirə edilib.

Müzakirədə Nadir Şəfiyev, Müşfiq Ələsgərli, Azər Həsrət, Səbuhi Abbasov və Nicat Abdullayev kimi telejurnalistikanın tanınmış nümayəndələri iştirak ediblər.

Müzakirə əsnasında mütəxəssislər yekdilliklə razılaşıblar ki, müasir dünyada jurnalistika daha çevik, daha interaktiv olmalıdır. Kadr və təcrübə mübadiləsi aparılmalı, daha yaşlı nəsil yeni texnologiyaların imkanlarından istifadə etməyi, gənc kadrlar isə müxtəlif platformalarda eyni vaxtda işləməyi bacarmalıdırlar.

183

“Kirpi” davamçıları: Azərbaycanın yeni nəsil karikaturaçısı

0
(Yenilənib 14:15 02.07.2020)
Karikatura çizimləri ilk baxışdan sadə görünsə də, hər birinin yaradılması sadəcə rəsm çəkmək qabiliyyəti deyil, həm də sosial və siyasi vəziyyətə bələd olmağı tələb edir. Gənc karikaturaçının nə üçün məhz bu sənət növünü seçdiyini videomuzda izləyin.

Cavad Qaffar üçün uşaqlığın ən böyük əyləncələrindən biri rəsm çəkmək olub. Hətta xüsusi günlərində ən çox aldığı hədiyyələr məhz kağız, qələm, boya və karandaş olub. Məktəbdə əlinə türk karikatura jurnalı keçib və o, ondan bu sənət növü ilə maraqlanmağa başlayıb.

“Onsuz da mən rəsm çəkəndə, çəkdiyim insanların hekayələrini qururdum. Fikirləşdim ki, niyə də mən bu hekayələri balon şəklində öz rəsmlərimdə istifadə etməyim”, - deyə Cavad bizimlə bölüşüb.

Gənc karikaturaçı hal-hazırda sənətində heç bir mənfi cəhət görmür, bu cəhətləri görmür belə. Onun fikrincə, bu janrda heç bir qəlib yoxdur və insan istədiyi tərzdə istədiyi mesajı çatdırmaq imkanına malikdir. Buna görə də karikatura onu 10 ildir ki, ilk gün kimi cəlb edir.

Karikatura siyasətlə əl-ələ getməsinə baxmayaraq, Cavad bu mövzulara toxunmağı sevmir. O, daha çox tarixi və dini mövzulara müraciət etməyə üstünlük verir.

“Bu mövzuları insanların hisslərinə toxunmadan işləmək olduqca çətindir. Mütləq diplomat olmalı və mövzunun həssaslığını anlamalısan. Maraqlısı odur ki, məhz dini mövzularda işlədiyim karikaturalar daha çox reaksiya doğurur”, - deyə rəssam danışıb.

Cavad bir neçə il Türkiyədə tanınmış karikatura jurnalları ilə əməkdaşlıq edib. Onun imzası ilə çəkilmiş çizimlərə hələ də bir çox türk saytında rast gəlmək olar. İndi isə onun fikri yalnız bir məqsədə yönəlib. O, Azərbaycanda cizgi roman mədəniyyətinin formalaşmasını istəyir.

“Özümü komiks çizimlərində sınamaq istəyirəm. Azərbaycanda bu ideya yeni deyil. Artıq bir neçə təqdirəlayiq təşəbbüs olub, müəyyən addımlar atılıb. Amma bunlar rezonans doğurmayıb. İlk addımların da dərhal uğur qazanacağına zəmanət yoxdur. Amma bu mədəniyyətin formalaşmasında iştirak etmək, öz imzam altında cizgi romanlarını dərc etmək istərdim”, - deyə Cavad arzularından danışıb.

Əli qanla oynayan azərbaycanlı qız: "Yaşlılar məni satanist adlandırırlar">>

Azərbaycanın ən məşhur satirik jurnalı “Kirpi” 1952-ci ildə nəşr edilməyə başlayıb. Karikatura janrını ölkədə populyarlaşdırıb və bu sahədə yeni ənənələrin yaranmasına səbəb olub. Müxtəlif nəsillərə mənsub olan peşəkar karikaturaçı rəssamları bir araya gətirə bilib. İndi isə yeni nəslin rəsamları bu qürurlu işi davam etdirirlər.

0

Rusiya Konstitusiyana dəyişikliklər üçün səsvermə: MDB ölkələrində seçki necə keçib

4
(Yenilənib 14:14 02.07.2020)
Ümumi Rusiya üzrə RF Konstitusiyasına dəyişikliklər üzrə səsvermə 1 iyulda tamamlanıb. Tarixdə birinci dəfə səsvermə bir həftə ərzində baş verib - 25 iyundan etibarən.

Seçki dairələri bütün ölkə üzrə açıq olub. Amma xaricdə, xüsusilə də keçmiş SSRİ ölkələrində yaşayan Rusiya vətəndaşlarına da səsvermə hüququndan istifadə etmək imkanı yaradılıb. Koronavirus pandemiyasına görə hər yerdə əlavə sanitar tədbirlər tətbiq edilib. Maska və əlcək taxmaq, sosial məsafə gözləmək mütləq idi. MDB ölkələrində seçkilərin necə keçdiyini videomuzda izləyin.

4
ABŞ bayrağı, arxiv şəkli

ABŞ-da Rusiyaya qarşı yeni sanksiyalar tələb edirlər

0
İstər Moskvada, istərsə də Donald Tramp administrasiyasında Rusiyanın "Talibanla sözləşməsi" iddialarını rədd edirlər.

BAKI, 2 iyul — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi "Talibanla sözləşdiyinə görə" Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Sputnik Azərbaycan xəbər verir ki, Pelosi bunu MSNBC telekanalına müsahibəsində deyib. 

"Biz Rusiyaya qarşı sanksiyalar tətbiq etməliyik, özü də indi", – spiker bildirib.

İstər Moskvada, istərsə də Donald Tramp administrasiyasında Rusiyanın "Talibanla sözləşməsi" iddialarını rədd edirlər.

Əsassız iddialar

"The New York Times" dərc etdiyi məqaləsində iddia edib ki, Rusiya hərbi kəşfiyyatı Əfqanıstanda ABŞ əsgərlərinə hücumlara görə Talibanla əlaqəli olan yaraqlıları mükafatlandırır və ABŞ prezidentinə bu barədə məlumat verilib. Lakin bu iddiaya heç bir dəlil verilməyib.

Rusiyanın ABŞ-dakı səfirliyi isə ölkə rəhbərliyindən bu cür xəbərlərə görə diplomatlara edilən təhdidlərə adekvat cavab verməyi tələb edib. Xarici İşlər Nazirliyi mətbuatda yayılan xəbərləri saxta, Tramp isə sifariş adlandırıb. Ağ Ev, Pentaqon və ABŞ kəşfiyyatı bu hesabatların təsdiqlənmədiyini və Trampa "təhdidlər" barədə məlumat verilmədiyini deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Talibanla "sözləşməsi" barədə iddianı şərh edərkən bunun yalan olduğunu deyib.

0