Şəki Xan Sarayında heç kəsin gözləmədiyi faciə VİDEO

470
(Yenilənib 13:07 15.07.2019)
Ötən gün Şəki Xan Sarayında 500 illik çinar ağacının budağı bir qrup insanın üzərinə düşüb. İlkin məlumata görə, faciənin səbəbi güclü külək olub.

Hadisə bazar günü, 14 iyul tarixində baş verib. Ağacın budağının düşməsi nəticəsində 19 insan xəsarət alıb. Onlar arasında həm yerli, həm də xarici vətəndaşlar olub. Bakıdakı Rusiya Səfirliyindən verilən məlumata görə, əcnəbi turistlərin ikisi Rusiya vətəndaşıdır.

Xəsarət alanların ikisi xəstəxanaya yerləşdirilib, digər 17 nəfərə ilkin tibbi yardım göstərilib.

470

Evlər "Suqovuşan"ın işığı ilə aydınlanacaq - VİDEO

9
(Yenilənib 14:24 05.12.2020)
"Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən, işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək" - "Azərenerji" ASC

BAKI, 5 dekabr — Sputnik. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə yararlı və yararsız bir çox enerji obyektləri mövcuddur. Onlardan biri də Suqovuşanda yerləşən ümumi gücü 7,8 Meqavat olan "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik Stansiyalarıdır (KSES).

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan birinin gücü 4,8, digərinin gücü isə 3 Meqavatdır: "Erməni qəsbkarları bir çox sahələrdə olduğu kimi, bu KSES-lərə də zərər vurmağa, yararlı ehtiyat hissələrini söküb daşımağa, apara bilmədiklərini dağıtmağa macal tapsalar da, onların təmir və bərpa edilməsi mümkünsüz deyil. Belə ki, işğaldan azad edilən Suqovuşandakı su elektrik stansiyalarının maşın zalı, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları, açarlar, ayırıcılar zədələnib və ya sıradan çıxıb".

"Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən, işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək", - deyə məlumatda bildirilib.

"Suqovuşan" KSES-lərin mövcud vəziyyətini göstərən videonu təqdim edirik.

9
Teqlər:
"Azərenerji" ASC, SES, Suqovuşan

Döyüş yoldaşlarını xilas etmək üçün öz canını qurban verən şəhid video

26
(Yenilənib 11:03 04.12.2020)
Pərvin Salmanzadə əsgər yoldaşlarının darda olduğunu görüb, dostlarının təkidlərini dinləmədən onları xilas etməyə cumub, onların həyatını qurtarıb, özü isə ürəyindən qəlpə yarası olaraq şəhid olub. Onun ailəsinə son sözləri ilə videomuzda tanış olun.

Pərvin Salmanzadə hər gün cəbhədən ailəsinə, dostlarına, uşaqlarına zəng edərdi. Onları ruhlandırar, zarafatlarından da geri qalmazdı. Maraqlıdır ki, bütün tanışları bir ağızdan onun çox zarafatcıl olduğunu deyir. Hətta ilk dəfə cəbhəyə yollanacağını eşidən dostları ona inanmayıb.

Amma inanmalı olublar, çünki Pərvinin sorağı Şuşadan gəlməyə başlayıb. İştirak edəcəyi son Şuşa əməliyyatına yollanmazdan öncə isə anasına zəng edib və ondan halallıq istəyib, üç uşağının anasına əmanət olduğunu söyləyib, sanki anasıyla həmişəlik sağollaşırmış.

Təəssüflər olsun ki, elə də oldu. Bir neçə gün Pərvindən xəbər eşitməyən dostları daha sonra Pərvinin meyitinin Füzulidə olduğunu öyrəniblər. Daha sonra isə Pərvinin komandiri onun anasına zəng edib və hər şeyi olduğu kimi danışıb. Pərvin əsgər yoldaşlarının yaralı olduğunu görüb, arxaya baxmadan onların imdadına qaçıb. Komandiri xilas edərkən isə özü ürəyindən qəlpə yarası olaraq qəhrəmanca şəhid olub.

İndi isə onun ailəsi və yaxınları hər gün onun qəbrini ziyarət edirlər. Pərvin isə bizə arxasınca üç atasız uşaq və azad Şuşanı qoyub getdi

26
Təqvim,  arxiv şəkli

Yeni ildə beş gün olmayacaq

0
(Yenilənib 15:37 05.12.2020)
Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən, yanvarın 4-ü də qeyri-iş günü olacaq

BAKI, 5 dekabr - Sputnik. 2021-ci ildə Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar - Yeni il bayramı qeyri-iş günüdür.

2 yanvar şənbə gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən, yanvarın 4-ü də qeyri-iş günü olacaq.

Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq.

0
Teqlər:
qeyri-iş günləri, bayram, Yeni il