“Vaxtı keçmiş qida məhsullarının sonrakı taleyi heç kimə məlum deyil”

39
(Yenilənib 15:37 11.07.2019)
Hər yay eyni mənzərənin şahidi oluruq – mövsümi meyvə və tərəvəzlərin vaxtından tez bazara verilməsi və nəticədə zəhərlənmə hallarının çoxalması.

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin qonağı olmuş “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov bu və digər məsələlərə aydınlıq gətirib.

Mütəxəssis əyani olaraq bostan meyvələrindəki nitratın həcmini ölçüb və bir çoxunda məqbul olan həcmin qat-qat aşıldığı qeydə alınıb.

Bostan meyvələrində nitratın miqdarı aşılır, lakin badımcan, soğan və bu kimi digər tərəvəzlərdə bu miqdar normadadır.

Onun sözlərinə görə, Azərbaycanın istehlak bazarının digər böyük problemlərindən biri istehlak müddəti keçmiş məhsulların məhv edilmək əvəzinə distribütorlara geri qaytarılmasıdır. Eyyub Hüseynov qeyd edib ki, bu cür ərzaqların daha sonrakı aqibəti heç kimə bəlli olmur.

39

Özünüzü düşünün ən vacibi sağlamlıqdır: Psixiatr öz məsləhətləri ilə bölüşür

100
(Yenilənib 17:31 03.07.2020)
Sərt karantin tədbirləri bizdən özümüzü təcrid etməyi tələb edir. Səbəbi də bəllidir, məqsədimiz Azərbaycanda koronavirus infeksiyasının daha da yayılmasının qarşısını almaqdır. Bu fonda insanların psixoloji vəziyyətinin necə olduğunu isə psixiatrdan öyrəndik.

Psixoloqlar xəbərdarlıq edir ki, adət etdiyimiz sosial münasibətləri itirmək problemlərə səbəb ola bilər və təcrid sistemi nə qədər çox uzanarsa, təsirləri də o qədər ağırlaşa bilər. Burada, təbii ki, hər kəs nəzərdə tutulmur. Amma bu cür hallara meylli olan insanlarda pandemiya və sərt karantin rejimi problemləri daha da dərinləşdirə bilər.

Depressiya ilə karantində necə mübarizə aparmaq olar – VİDEO
© Sputnik / Leyla Orucova / Kamilla Əliyeva / Taleh Mahmudov

“Pandemiya fonunda insanlarda obsessiya halları, panik ataklar çoxalmağa başlayıb. İnsanlar metroya, liftə, izdihamlı yerlərə getməkdən qorxmağa başlayıblar. Və təbii ki, depressiya halları çoxalıb. İnsanlar evdə oturub, fiziki fəallıq azdır, maliyyə problemləri isə getdikcə çoxalır. Ən əsası isə psixoloji pozuntu və patologiyaları olan uşaqlı ailələrdə vəziyyət ağırlaşıb. Çox vaxt autizmli uşaqlar bu vəziyyətdən əziyyət çəkir. Bu cür uşaqlara peşəkar pedaqoqlarla işləmək mütləqdir”, - deyə psixiatr Əziz Mustafayev Sputnik Azərbaycana danışıb.

Həkim sosial şəbəkələrdən uzaq durmağı, televizora daha az baxmağı, ümumiyyətlə mənfi xəbərlərdən mümkün qədər uzaq qalmağı məsləhət görüb.

“Həmişə qabağınıza bəlli tapşırıqlar qoyun. Gün ərzində nə ilə məşğul olacağınızı bəlirləyin. Həmişə yadınızda saxlamalısınız ki, siz əvvəl-axır normal həyat ritminə geri dönəcəksiniz. Heç nə əbədi deyil. Aydındır ki, hamımız yeni adaptasiya metodları axtarmaq məcburiyyətində qalmışıq”, - deyə psixiatr bölüşüb.

Mustafayev əmindir ki, indiki vəziyyətdə edə biləcəyimiz ən önəmli iş ilk növbədə özümüzü düşünmək və qorumaqdır. Əgər insan bu vəziyyətin öhdəsindən gəlmək üçün psixoloji dəstəyə ehtiyac duyursa, indidən onlayn reijmdə həkimlərə müraciət etmək mütləqdir. Çünki stress vəziyyəti bitdikdən sonra, xəstəliklər özlərini büruzə verməyə başlayacaq.

100

“Kirpi” davamçıları: Azərbaycanın yeni nəsil karikaturaçısı

36
(Yenilənib 14:15 02.07.2020)
Karikatura çizimləri ilk baxışdan sadə görünsə də, hər birinin yaradılması sadəcə rəsm çəkmək qabiliyyəti deyil, həm də sosial və siyasi vəziyyətə bələd olmağı tələb edir. Gənc karikaturaçının nə üçün məhz bu sənət növünü seçdiyini videomuzda izləyin.

Cavad Qaffar üçün uşaqlığın ən böyük əyləncələrindən biri rəsm çəkmək olub. Hətta xüsusi günlərində ən çox aldığı hədiyyələr məhz kağız, qələm, boya və karandaş olub. Məktəbdə əlinə türk karikatura jurnalı keçib və o, ondan bu sənət növü ilə maraqlanmağa başlayıb.

“Onsuz da mən rəsm çəkəndə, çəkdiyim insanların hekayələrini qururdum. Fikirləşdim ki, niyə də mən bu hekayələri balon şəklində öz rəsmlərimdə istifadə etməyim”, - deyə Cavad bizimlə bölüşüb.

Gənc karikaturaçı hal-hazırda sənətində heç bir mənfi cəhət görmür, bu cəhətləri görmür belə. Onun fikrincə, bu janrda heç bir qəlib yoxdur və insan istədiyi tərzdə istədiyi mesajı çatdırmaq imkanına malikdir. Buna görə də karikatura onu 10 ildir ki, ilk gün kimi cəlb edir.

Karikatura siyasətlə əl-ələ getməsinə baxmayaraq, Cavad bu mövzulara toxunmağı sevmir. O, daha çox tarixi və dini mövzulara müraciət etməyə üstünlük verir.

“Bu mövzuları insanların hisslərinə toxunmadan işləmək olduqca çətindir. Mütləq diplomat olmalı və mövzunun həssaslığını anlamalısan. Maraqlısı odur ki, məhz dini mövzularda işlədiyim karikaturalar daha çox reaksiya doğurur”, - deyə rəssam danışıb.

Cavad bir neçə il Türkiyədə tanınmış karikatura jurnalları ilə əməkdaşlıq edib. Onun imzası ilə çəkilmiş çizimlərə hələ də bir çox türk saytında rast gəlmək olar. İndi isə onun fikri yalnız bir məqsədə yönəlib. O, Azərbaycanda cizgi roman mədəniyyətinin formalaşmasını istəyir.

“Özümü komiks çizimlərində sınamaq istəyirəm. Azərbaycanda bu ideya yeni deyil. Artıq bir neçə təqdirəlayiq təşəbbüs olub, müəyyən addımlar atılıb. Amma bunlar rezonans doğurmayıb. İlk addımların da dərhal uğur qazanacağına zəmanət yoxdur. Amma bu mədəniyyətin formalaşmasında iştirak etmək, öz imzam altında cizgi romanlarını dərc etmək istərdim”, - deyə Cavad arzularından danışıb.

Əli qanla oynayan azərbaycanlı qız: "Yaşlılar məni satanist adlandırırlar">>

Azərbaycanın ən məşhur satirik jurnalı “Kirpi” 1952-ci ildə nəşr edilməyə başlayıb. Karikatura janrını ölkədə populyarlaşdırıb və bu sahədə yeni ənənələrin yaranmasına səbəb olub. Müxtəlif nəsillərə mənsub olan peşəkar karikaturaçı rəssamları bir araya gətirə bilib. İndi isə yeni nəslin rəsamları bu qürurlu işi davam etdirirlər.

36

Yevlaxda baba dəryazla 13 yaşlı nəvəsinin ayağını kəsib

0
Sol ayaq nahiyəsinin topuq hissəsindən xəsarət alan 2007-ci il təvəllüdlü Nurlan Vəkirov xəstəxanaya yerləşdirilib.

BAKI, 5 iyul - Sputnik. Yevlaxda bədbəxt hadisə baş verib.

Belə ki, baba ot kəsən mexaniki dəryazla ehtiyatsızlıqdan nəvəsinin ayağını kəsib. 

APA-nın məlumatına görə, hadisə Əkşəm kəndində qeydə alınıb. 

Sol ayaq nahiyəsinin topuq hissəsindən xəsarət alan 2007-ci il təvəllüdlü Nurlan Vəkirov xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı klinikalardan birinə göndərilib.

0