Sosial eksperiment: Çörək bərəkətdir, bəs bu hərəkətdir?

153
(Yenilənib 15:32 10.07.2019)
Çörək Azərbaycanda həmişə müqəddəs və bərəkət rəmzi hesab edilib. Biz də bunu sosial eksperimentlə yoxlamaq qərarına gəldik. Görəsən, hələ də belədirmi? Daha ətraflı videomuzda.

Uşaqlıqdan bizə öyrədilən dərslərdən biri də çörəyi yerə atmamaq və ona hörmətlə yanaşmaq olub. Bəs görəsən, cavan nəsil bu gözəl ənənəyə hələ də sadiqdirmi?

Çörəyi yerə qoyduğumuz andan o, bircə dəfə də olsun 10-15 saniyədən artıq yerdə qalmayıb. Hər yanından keçən çörəyi dərhal qaldırıb və qırağa qoymağa çalışıb. Hətta apardığımız sosial təcrübəni təhqir hesab edənlər və ona son qoymaq istəyib çörəyi bizdən gizlədənlər də oldu.

Nəticədə çəkilişdə yaranan bu cür çətinliklərə görə məkanı dəyişmək qərarına gəldik. Amma burada da müşahidələrimiz dəyişməz qaldı. Çörək Azərbaycanda ən böyük bərəkət rəmzi hesab edilir. Ümid edirik ki, bu gözəl adət nəsildən-nəslə ötürülməyə davam edəcək. Ən əsası odur ki, yolla gedəndə gözümüzü telefona zilləməyək.

153

Daha bir şəhidimiz torpağa tapşırıldı video

92
(Yenilənib 19:04 13.07.2020)
Azərbaycan Ordusunun Tovuz istiqamətində baş ver eskalasiya nəticəsində həyatını itirmiş baş leytenantının son mənzilə necə yola salındığını videoda izləyin.

İşğalçı ordunun hücumu nəticəsində şəhid olan Azərbaycan Ordusunun baş leytenantı Rəşad Rəşid oğlu Mahmudovun nəşi doğulduğu Biləsuvar rayonu Aşağı Cürəli kəndinə gətirilib. Doğmaları vidalaşdıqdan sonra zabitin nəşi dəfn edilməsi üçün kənd qəbiristanlığına aparılıb.

Vətən uğrunda şəhid olmuş baş əsgər son mənzilə yola salınıb – video
© Sputnik. İlham Mustafa / Kamilla Əliyeva / Leyla Orucova

İyul ayının 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə müxtəlif çaplı silahlardan və eləcə də artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları – çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu və baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olublar.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

92

Vətən uğrunda şəhid olmuş baş əsgər son mənzilə yola salınıb video

53
(Yenilənib 17:20 13.07.2020)
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət gərgin olaraq qalır. Ordumuz dörd şəhid verib və onlar Azərbaycan bayrağı altında doğulduğu rayonlarda dəfn ediliblər.

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu, baş əsgər 1996-cı il təvəllüdlü Elşad Dönməz oğlu Məmmədov dəfn olunub. Şəhidin cənazəsi doğulduğu Tovuzun Ağdam kəndində torpağa tapşırılıb. Milli Ordumuzun şəhidi ailəli olub, 6 aylıq oğlu var.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olublar, əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu və baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olublar.

Azərbaycan Ordusu düşmənin dayaq məntəqəsinə zərbə endirib – döyüş xəttindən video>>

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

53
Sənan Şəfizadə

İdman şərhçisi: “Canni De Byazinin uğur qazanması üçün vaxt lazımdır”

0
(Yenilənib 10:18 14.07.2020)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır
Sənan Şəfizadə: “Yeni baş məşqçinin uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”

“Azərbaycana pul üçün gəlmirəm. Ölkə futbolu üçün vacib işlər görmək istəyirəm”. Bunu "Report"a müsahibəsində Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi deyib.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Canni De Byazidən təcili, erkən uğur gözləmir:

“Hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır. İndiki şəraitdə millimizin bu hədəfə çatmasını gözləmirəm. Səbəb isə pandemiya dövründə onsuzda, fiziki cəhətdən formada olmayan oyunçularımızın daha da geriləməsidir. Canni De Byazi hələ Azərbaycan futbolçularını və futbolunu tanımır, uğur qazanmaq üçün ona vaxt lazımdır. Yeni baş məşqçinin millimizdə uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0