"Hər kəs bizi Leyli Məcnun adlandırır" 57 illik xoşbəxtliyin sirri

2029
(Yenilənib 17:54 08.07.2019)
Şərifovlar ailəsi artıq 57 ildir ki, evlidir. Sputnik Azərbaycan isə onların xoşbəxt ailəsinin sirrini öyrənmək qərarına gəlib.

Mirzə və Nərgiz Şərifovlar birgə işlədikləri zavodda tanış olublar. Mirzə dayı takelajçı işləyirdi, Nərgiz xanım isə həmin zavodda mühəndis idi. Elə birinci gündən ayrılmaz cütlük olublar.

Bu gün isə onlar xoşbəxt ailə münasibətlərinin bariz misalıdır desək, yanılmarıq. Belə ki, onların birliyinin təməli anlayış, dəstək və sevgidir. 57 ildir Mirzə dayı ilə birgə yaşayan Nərgiz xanım əmindir ki, heç bir ailə qarşılıqlı sevgisiz qurulmamalıdır. Onlar bu günə qədər öz gəncliyini sevə-sevə xatırlayırlar və əmindirlər ki, sevgi əbədi yaşayır.

Onların toyu təmtəraqlı olmayıb – Mirzə Şərifov uşaq evində böyüyüb, Nərgiz Şərifova isə çox kasıb ailədən olub. Müharibə illərini isə o da uşaq evində keçirib.

“Mirzə ilk günlərdən mənə qarşı çox diqqətli olub. Düşünürəm ki, ailəmizin əsası sevgi əsasında qurulub. 57 il bir gün kimi ötüb-keçib, çünki həmişə birlikdə xoşbəxt olmuşuq”, - deyə Nərgiz xanım xatırlayır.

Biz isə dərhal inanırıq, çünki onlar bu gün də bir-birlərinə böyük sevgi ilə baxırlar.

Qeyd edək ki, 8 iyul Rusiyada ailə, sevgi və sədaqət günü kimi qeyd edilir. Bu gün də Şərifovlar ailəsi bir-birlərini busə ilə təbrik etdilər. Biz isə onlara uzun ömür və bundan sonra da sevgi və xoşbəxtlik dolu həyat arzulamaq istəyirik!

2029