Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Ekspert: “NATO-da olmayan silahlarımız var, hərbi köməyə ehtiyacımız yoxdur”

Abunə olmaq
Son illər Azərbaycan öz hərbi arsenalını ən son tələblərə cavab verən müasir silahlarla gücləndirir. Azərbaycan ordusunun regionda mövqeyini və gücünü hərbi ekspert Üzeyir Cəfərov şərh edib. Daha ətraflı videomuzda.

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən dəyirmi masada iştirak etmiş Üzeyir Cəfərov, həm də Azərbaycan ordusunun mövqeyi haqqında fikrini bildirib.

Onun sözlərinə görə, Azərbaycan son illərdə insan amilini aradan qaldıran müasir silahların alınmasına üstünlük verir. O, qeyd edib ki, Azərbaycan əməkdaşlıq etdiyi ölkələr sırasına yeni adlar əlavə etmək əzmindədir və arsenalını daim gücləndirdiyini heç kimdən gizlətmir.

Ü. Cəfərov bildirib ki, 2019-cu ildə dövlət büdcəsindən 3 milyard 370 milyon manat vəsait müdafiə və təhlükəsizlik sahəsinə ayrılıb.

Xəbər lenti
0